Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri istefa verdi
Tarix: 22.07.2019 | Saat: 23:38:00 | E-mail | Çapa göndər



Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan "Brexit" (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) mövzusunda sərt mübahisə etdiyi Boris Consonun liderliyinin elanından əvvəl istefa verdi.


Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan Mühafizəkarlar partiyasının liderlik yarışında səsvermənin başa çatmasına bir neçə saat qalmış istefa verdi.
Dunkan partiyanın liderliyinə ən real namizəd olan sabiq xarici işlər naziri Boris Consonla "Brexit" məsələsi ilə bağlı sərt mübahisə etmişdi.
Consonun baş nazir Tereza Meyin Aİ ilə razılaşdırdığı "Brexit" müqaviləsini "düyməsi Brüsselin əlində olan intihar jileti" bənzətməsinə ən sərt reaksiya verən siyasi fiqur Dunkan olmuşdu.
Sabah Mühafizəkarlar partiyasının liderinin adı məlum olacaq.
Ötən gün də maliyyə naziri Filip Hammond və ədliyyə naziri Devid Qauke Conson lider seçildiyi təqdirdə istefa verəcəklərini bildirmişdilər.
Consonun lider seçilməsi halında başda rəqibi xarici işlər naziri Ceremi Hant olmaqla, bir sıra nazirin də istefası gözlənilir.
Mühafizəkar partiyasının yeni lideri baş nazir vəzifəsini 24 iyulda Meydən təhvil alcacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Norveçdə 21 min işçisi olan şirkət bağlanıb
23.09.2019
Fransa, Almaniya və İngiltərə İranın nüvə razılaşmasını müzakirə edəcək
23.09.2019
İran saxlanılan “Stena Impero“ tankerini tezliklə sərbəst buraxacaq
22.09.2019
Ərdoğanı ABŞ-da izdiham qarşılayıb
22.09.2019
ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info