DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
Tarix: 23.07.2019 | Saat: 10:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyul 2019-cu il tarixli “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin vəzifə və hüquqlarının, “DOST” mərkəzlərinin xidmətlərinin daha da genişlənməsinə imkan verib.
Məlum olduğu kimi, dövlət başçısının 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə övladlığagötürmə sahəsində dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalar və övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi əsasında yeni idarəetmə modeli hazırlanır.
Bununla əlaqədar Prezident cənab İlham Əliyevin 19 iyul 2019-cu il tarixli Fərmanında DOST Agentliyinin Nizamnaməsinə övladlığagötürmə sahəsində bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrasını təmin etmək kimi fəaliyyət istiqamətinin də daxil edilməsi tapşırılır. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək Fərmanla Agentliyin vəzifə və hüquqları sırasına əlavə edilir.
Eyni zamanda, Fərman “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına övladlığagötürmə sahəsində xidmətlərin, o cümlədən övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi xidmətlərinin də daxil edilməsini nəzərdə tutur.
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısında 4.11-ci bəndində peşə kurslarının təşkil edilməsi xidməti əksini tapıb. Yeni Fərmanla həmin mərkəzlər bu xidmətlə bərabər, işaxtaran və işsiz şəxslərin peşə hazırlığına cəlb olunması üçün göndəriş verilməsi xidmətini də həyata keçirəcəklər.
Beləliklə, qeyd olunan xidmətlər bundan sonra DOST Agentliyinin səlahiyyətlərinə aid olacaq.
Göründüyü kimi, dövlət başçısının yeni Fərmanı bir tərəfdən yeni xidmətlər əlavə olunmaqla DOST xidmətləri sırasının genişlənməsinə, eyni zamanda övladlığagötürmə və peşə hazırlığına göndərişin verilməsi sahələrində də xidmətlərin DOST” mərkəzlərində “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsinə şərait yaradır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi
21.09.2020
Goranboyda şəhid bulağının açılışı olub
20.09.2020
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
19.09.2020
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
18.09.2020
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
2 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
3 “Azərbaycan öz məmləkətimizdir“
4 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
5 Sığorta bazarını necə inkişaf etdirmək olar?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info