Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı
Tarix: 23.07.2019 | Saat: 11:03:00 | E-mail | Çapa göndər


Uzun illərdən bəri Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən "Şüvəlan" Futbol Klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətləri ilə Azərbaycan futboluna öz töhfəsini verib, habelə bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olub.
Trend-in məlumatına görə, son zamanlar premyer liqa komandaları arasında rəqabətin güclənməsi, o cümlədən “Şüvəlan” Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, “Silk Way Holding” ilə klub rəhbərliyi tərəfindən məsləhətləşmələr aparılıb və Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabətqabiliyyətli klub ilə təmsil olunmaq məqsədi ilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olunması qərara alınıb.
Qeyd edək ki, Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktur və geniş potensiala malikdir. Bu baxımdan “Şüvəlan” Futbol Klubu mövcud maddi-texniki təminat və infrastrukturla “Zirə” Futbol Klubuna dəstək olacaq.
"İnanırıq ki, bu dəstək nəticəsində “Zirə” Futbol Klubu yaxın dövr ərzində daha yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək", - məlumatda deyilir.
Eyni zamanda “Zirə” Futbol Klubuna sponsorluğunu davam etdirəcəyini bəyan edən “Silk Way” şirkəti bundan sonra da, Azərbaycanda futbolun inkişafı naminə ölkəmizin beynəlxalq turnirlərdə layiqli təmsil olunması üçün maddi-texniki təminat və infrastruktur dəstəyinin əsirgənəyəcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Liverpul“ və “Çelsi“ uduzdu
17.09.2019
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17.09.2019
Çempionlar Liqasında qrup mərhələsi başlayır
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info