“Turkish Cargo” nəsli kəsilməkdə olan quşu təbii yaşayış mühitinə geri qaytardı
Tarix: 23.07.2019 | Saat: 12:24:00 | E-mail | Çapa göndər



“Turkish Cargo” nadir quşu təbii mühitinə uyğunlaşdırılmış şəraitdə daşıyaraq daha bir uğurlu xilasetmə əməliyyatı həyata keçirdib. Nəsli kəsilməkdə olan quzğun uçuşuna Serbiyada başlayıb, 1600 km mövsümü miqrasiya marşrutunu qət etdikdən sonra Türkiyənin Şanlıurfa şəhərində taqətdən düşüb. Yırtıcı quş “Turkish Cargo” tərəfindən uğurla Belqrada çatdırılıb.

Serbiyanın Uvaç kanyonunda yaşayan Dobrila adlı 1.5 yaşlı quzğun şərqə mövsümü miqrasiya uçuşu zamanı taqətdən düşüb və Şanlıurfada eniş edib. Yerli fermerlər tərəfindən tapılan halsız quş vəhşi heyvanları xilasetmə və reabilitasiya mərkəzinə aparılıb.
Mərkəzdə xüsusi müayinələrdən keçən quzğun sağlam çəkiyə çatdırıldıqdan sonra miqrasiyasını davam etdirməsi üçün azadlığa buraxılıb. Bu zaman məlum olub ki, Dobrıla uçuşuna davam edə bilmir. Türkiyə kənd təsərrüfatı və meşəçilik nazirliyinin əməkdaşları quşun ayağındakı qeydiyyat nömrəsindən istifadə edərək serb höküməti ilə əlaqə saxlayıb. İkitərəfli danışıqlar nəticəsində Dobrılanın Belqraddakı Bioloji araşdırmalar institutuna (Sinişa Stankoviç) təhvil verilməsi razılaşdırılıb.
Heyvanlara və təbiətə qarşı hörmətlə yanaşan və bütün əməliyyatlarında buna əməl edən “Turkish Cargo” quzğunu İstanbuldan keçməklə, Şanlıurfadan Belqrada gətirib. Dobrılanın vətənə geri dönməsi mərasimində Türkiyə Respublikasının Serbiyadakı səfiri Tanju Bilgiç və Serbiyanın ətraf mühitin müdafiəsi naziri Qoran Trivan iştirak ediblər.
“Bu gün Dobrıla üçün xüsusi gündür. Belə ki, reabilitasiyadan sonra o ilk dəfə olaraq bu gün uçdu. Biz “Turkish Cargo” ya göstərdiyi dəstək üçün minnətdarıq” deyə Dobrılanın kuratoru bioloq İrena Xribsek (Vəhşi quşların müdafiəsi fondu) bildirib.
“Turkish Cargo” #MissionRescue yanaşmasına uyğun olaraq, canlı heyvanların daşınmasını maksimal şəkildə qayğı ilə həyata keçirdir. Buna misal olaraq bir müddət öncə Ukraynadan Yohannesburqa - öz təbii mühitlərinə daşınılmış dörd şiri göstərmək olar.
124 ölkədə 300 məntəqəyə uçuşlar həyata keçirdən “Turkish Cargo” CİTİES və İATA LAR (Canlı heyvanların daşınması qaydaları) qaydalarına riayət edir. Qaydalara əsasən, heyvanlar köçürülmə zamanı sənədləşdirmə, qəfəsdə daşınma daxil olmaqla, uçuşda maksimal qayğı və komfortla təmin edilirlər.
Quzğunun daşınmasından bəhs edən videonu aşağıdakı link vasitəsilə izləmək olar:
https://we.tl/t-FLppqiqWu6
“Turkish Cargo”un uçuş cədvəli və ya digər detalları dəqiqləşdirmək üçün www.turkishcargo.com.tr saytına daxil olmaq və ya +90 850 333 0 777 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.








 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib
26.09.2020
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub
26.09.2020
Şamil Ayrım: Nikol Paşinyanın davranışlarına baxdıqda onun bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük
26.09.2020
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
26.09.2020
Prezident İlham Əliyev Ukraynanın dövlət başçısına başsağlığı verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info