İlahiyyat İnstitutunun tələbələri Bursada “Yay məktəbi”ndə
Tarix: 23.07.2019 | Saat: 13:19:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Cümhuriyyətinin Təhsil Nazirliyi və Dəyanət İşləri Başqanlığı arasında razılaşmaya əsasən, Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi”ndə iştirak edirlər.
22 iyul 2019-cu il tarixdə başlayan “Yay məktəbi”nin ilk günündə Müəllimlər “Yay məktəbi”ndə iştirak edən Azərbaycan İlahiyyat İnstitutu, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsi tələbələrinə uğurlar arzulayıb, onları burada görməkdən məmnunluqlarını ifadə ediblər. Tələbələr üçün lazımi şəraitin yaradıldığını, dərslərin peşəkar müəllimlər tərəfindən tədris olunacağını, asudə vaxtlarının səmərəli dəyərləndirilməsindən ötrü müxtəlif tədbirlərin keçiriləcəyini nəzərə çatdırıblar. Həmçinin Bursa şəhərinin tarixi məkanlarına səfərin, eyni zamanda, Bursa Uludağ Universiteti İlahiyyat fakültəsinə ziyarətin də nəzərdə tutulduğunu bildiriblər.
Məlumat üçün bildiririk ki, “Yay məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin ixtisas biliklərinin və fərdi bacarıqlarının artırılmasıdır. Burada tələbələrə Ərəb və ingilis dilləri, Siyər və “Qurani-Kərim” dərsləri tədris olunacaq.
Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır. Nəzərə çatdıraq ki, Aİİ dünyanın müxtəlif təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurur.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir
14.09.2019
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14.09.2019
İmişlidə yeni məktəb binalarının açılışı olub
14.09.2019
Tərtərin ümumi təhsil məktəblərinə 49 müəllim işə qəbul edilib
14.09.2019
Liseylər region məktəbliləri üçün də əlçatandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info