Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər
Tarix: 23.07.2019 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


Məktəblilərin yay tətilini səmərəli keçirmələri, onların asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlərimizin təbliği, onların vətənpərvərlik ruhunda formalaşmaları üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də şagirdlərin tarixi yerlərə, milli mədəniyyət nümunələrinin qorunduğu muzeylərə ekskursiyalarının təşkilidir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu çərçivədə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinin Heydər Əliyev Muzeyinə ekskursiyaları təşkil olunub.

Muzeyin direktoru Ramil Orucəliyev mədəniyyət müəssisəsi barədə danışaraq bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.
Vurğulanıb ki, dahi şəxsiyyətin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl həyat məktəbidir. Xalqımızın müqəddəs ziyarətgahına çevrilmiş muzey Ulu Öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək gəncləri dahi Heydər Əliyev kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır. Burada nümayiş etdirilən eksponatlar Ümummilli Liderimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır.
Məktəblilər Naxçıvan Dövlət Xalça və Ədəbiyyat muzeylərini də ziyarət ediblər.
Mədəniyyət müəssisələrində şagirdlərə tariximiz və mədəni irsimiz haqqında dəyərli məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info