Türkiyədə Azərbaycan mənşəli sərmayənin həcmi artıb
Tarix: 23.07.2019 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Yanvar-may aylarında Türkiyəyə yatırılan investisiyaların həcminə görə, Azərbaycan İngiltərə ilə birgə ilk sırada yer alıb


Türkiyə İqtisadi Siyasəti Araşdırma Vəqfi (TEPAV) “Türkiyəyə gələn və Türkiyədən gedən birbaşa investisiyalardakı dəyişikliklər”lə bağlı hesabatı təqdim edib. Hesabata görə, 12 aylıq nəticəyə əsasən, Türkiyədən gedən investisiyalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,23 faiz artıb, ölkəyə qoyulan investisiyalar isə 29,3 faiz nisbətində yüksəlib. Cəlb edilən investisiyaların həcmindəki artımda xarici investisiyaların payının daha çox olması diqqəti cəlb edir. 2019-cu il may ayının məlumatları aprel ayı ilə müqayisə edildikdə dəyişiklikləri görmək mümkündür. May ayında Türkiyəyə qoyulan sərmayə yatırımlarının dörddə biri tikinti sektorunda reallaşıb. Ölkə xaricindən Türkiyəyə qoyulan 409 milyon dollarlıq sərmayənin 86 faizi Avropa ölkələrindən gəlib. Hollandiyadan gələn sərmayələr nəticəsində ora Türkiyə üçün daha önəmli bir ölkə olub. 2019-cu ilin yanvar-may aylarının məlumatlara görə, İngiltərə və Azərbaycan müvafiq olaraq ilk iki sırada yer alıb. Məlumatlar göstərir ki, bu, beş aylıq müddətdə müxtəlif həcmdə olmaqla İngiltərədən gələn investisiyalar müntəzəm, Azərbaycandan gələn investisiyalar isə 2019-cu ilin martında daha da artıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək
17.09.2019
Bu ilin sonunda Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq
17.09.2019
Türk Hava Yolları “2020-ci ilin beşulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb
17.09.2019
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan üçün tarixi hadisə idi
17.09.2019
Azərbaycan və Latviya arasında beynəlxalq avtomobil daşımaları ilə bağlı Protokol imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info