Sənin göz yaşların...
Tarix: 20.08.2013 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


|

Kişilər ağlamaz deyirlər... Heç vaxt razı olmamışam bu sözlərlə, qəbul edə bilmirəm bu anlamsız deyimi.
Dünən gecə sənin göz yaşların ürəyimi parçalayıb, sakit çöhrəndə büllur dənələri kimi günahkarcasına süzülüb, sanki utanaraq tez yoxa çıxmaq üçün masanın üstünə damcı-damcı düşərkən sənin daha da gücləndiyini gözlərindən oxudum. Nə qəribə bir mənzərə idi: bir kişinin dünyanın haqsızlığına, insanların riyakarlığına dözməyərək göz yaşları ilə “mən riyakar olacaq qədər zəif deyiləm” dediyində gözlərində oxunan mərdlik. O an kişilər ağlamaz deyiminin bir daha mənasız bir söz birləşməsi olduğunu dərk etdim. Amma kişinin göz yaşlarını görməyin çox ağır bir mənzərə olduğunu dana bilmərəm-sanki təbiət də bu mənzərənin ağırlığını dərk edib, ən güclü varlığı yağış damcıları ilə dəstəkləməyə başladı, yağışın səsi gücləndikcə sənin gözlərindəki saflıq, mərdlik, iradə də sanki zərrə-zərrə güclənirdi. Qəribə bir harmoniya yaranmışdı, sənin göz yaşlarınla yağış damcılarının oxşarlığını gördüm. Bəli, insan təbiətin davamıdır, sənin göz yaşların səni nə qədər güclü edirdisə, yağan yağış da təbiətin gücünü eləcə nümayiş etdirirdi. Əslində bir şeyi anladım-əgər kişi özündə güc tapıb ağlaya bilirsə, demək ki, saflığını, insanlığını heç vaxt itirməyəcək sənin kimi... Ağlamaqdan çəkinmədiyin üçün qürur duydum sənin cəsarətinlə... Sənin o siman, saflığın hər dəfə yağış yağanda gözlərimdə canlanacaq. Dünəndən yağış kəsmir, hələ də yağır, demək sənin qəlbinin acısını hələ də özündən çıxara bilməyib, demək harmoniyanı pozmaq istəmir...




 
Müəllifin son yazıları

19.07.2013 Səni axtarıram...
10.07.2013 Sonrakı peşmançılıq...

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info