“Ucqar kənd olmasına baxmayaraq, sevərək getdiyim kənddə heç nə mənə çətin görünmür”
Tarix: 25.07.2019 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinin informatika müəllimi Aydan Mirzəzadə:
“Son illərdə məktəblərdə yaradılan kompüter otaqlarının və dərsliklərin inkişafı informatikaya marağı ciddi şəkildə artırıb”

Hazırkı şəraitdə təhsilin inkişafı müasir texnologiyasız mümkün deyil. Elə bu səbəbdən də İnformasiya kommunikasiya texnologiyalarının (İKT) təhsil sahəsinə transfer edilməsi və genişləndirilməsi prioritetə çevrilib. Bu gün Azərbaycanda müəllimlər İKT-nin imkanlarından yararlanaraq, onun təhsil sistemində tətbiqinə nail ola biliblər. Hətta regionlarımızda da müəllimlərin İKT-nin imkanlarından geniş istifadə etdikləri göz önündədir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində İKT tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbuk və elektron lövhələr verilir, şəbəkə avadanlıqları ilə təmin edilməkdədir. Bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və ondan istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, şagirdlərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması müasir dövrün tələbidir. Hazırda orta məktəblərdə informatika fənninin tədrisi şagirdlərə İKT ilə bağlı daha geniş məlumat almağa imkan yaradır. Müsahibimiz Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinin informatika müəllimi Aydan Mirzəzadədir:
-Öncə özünüzlə bağlı məlumat verərdiniz. Bu gün bir gənc müəllim kimi ucqar bir kənd məktəbində çalışmaq çətinlik yaradırmı?
- Mən Mirzəzadə Aydan Qurban qızı 1993-cü il 5 avqust tarixində Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşam. Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə orta təhsilimi başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika müəllimliyi ixtisasına qəbul olmuşam. MİQ-də iştirak edərək 2017-ci ildən Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinə informatika müəllimliyi üzrə işləyirəm.
Məktəbdə ilk fəaliyyətə başladığım gündən, hətta deyərdim ki, ilk qarşılandığım andan etibarən həm məktəb kollektivimin və həm də kənd əhalisinin gülərüzü, səmimiyyəti və mehribanlığı nə qədər doğru seçim etdiyimi bir daha mənə xatırlatdı. Seçim edərkən heç bir təsəvvürüm olmayan bu kənddə olan doğmalıq sözlərlə ifadə edilməyəcək qədərdir. Tez-tez rast gəldiyim suallardan biri " Nəyə görə imtahan balının yüksək olmasına baxmayaraq bu qədər uzaq yeri seçim etmisən və ya gedib-gəlmək sənə çətinlik törətmirmi?" olur. Lakin ucqar kənd olmasına baxmayaraq, sevərək getdiyim kənddə heç nə mənə çətin görünmür. Bu dediklərimin nə qədər səmimi olduğunu öncə ailəm və sonrada ətrafımda olan digər insanlar daha yaxşı bilir. Artıq 2 ildir çalışdığım bu təhsil ocağı mənim ikinci evim, iş yoldaşlarım isə ailəm qədər yaxın və əzizdir.
- Təhsilin inkişafında İKT-nin rolunu necə qiymətləndirirsiniz?
- Günümüzdə təhsildə İKT çox mühüm yerə malikdir. Belə ki, təhsilin keyfiyyətinin artırılması, yeni informasiya mədəniyyətinin formalaşdırılması, informasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, elektron dərsliklərin hazırlanması və onların tədris prosesində tətbiqi İKT vasitəsilə daha sürətlə həyata keçirilir.
Qəbul edərsiniz ki, informatika fənni son illərə qədər yaxşı inkişaf etməmişdi. Təbii ki, buna səbəb məktəblərdə material və texnologiyanın və mütəxəssislərin azlığı bu sahəyə olan marağı təbii olaraq azaldırdı. Son illərdə məktəblərdə yaradılan kompüter otaqlarının və dərsliklərin inkişafı informatikaya marağı ciddi şəkildə artırıb. Universitetlərdə kompüter mühəndisliyi, kompüter elmləri və informatika müəllimliyinə uyğun ixtisaslarda təhsil alan tələbələrimizin sayı gündən- günə artır. Buna səbəb bu sahəyə olan tələbatın çoxalması və eyni zamanda yeni nəslin dövrün tələbinə uyğun olaraq bu sahəyə marağının çoxalmasıdır.
-Bu gün siz həm də təhsil meneceri kimi fəaliyyət göstərirsiniz. Bununla bağlı nə deyə bilərsiniz?
- “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçiləri yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır. 2017-ci ildə mən də bu müsabiqəyə qoşuldum, müsabiqə və müsahibə mərhələsindən keçərək Zaqatala rayonu üzrə təhsil meneceri kimi fəaliyyətə başladım. Fəaliyyətim boyunca Rayon Təhsil şöbəsinin dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrin rayonda tətbiqinə və ictimaiyyətə çatdırılmasında köməkliyim olur. 2019-cu ilin yanvar ayında Təhsil Nazirliyinin dəstəyi ilə İngiltərədə keçirilmiş 2 həftəlik təlim proqramı mənim təhsil həyatımın başlanğıcında çox böyük dönüş oldu, deyə bilərəm.
- Siz 2 dəfə qrant layihəsində qalib olmusunuz. Bu layihə barədə nə deyərdiniz?
-Artıq 3- cü ildir ki, Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”ni elan edir. Bu müsabiqə müəllimlərə azad şəkildə öz fikirlərini layihə halına gətirərək qarşılaşdığı problemin həlli üçün öz fikirlərini layihə şəklində təqdim edərək onları aradan qaldırmaq üçün səy göstərməsinə imkan verir.
II qrant müsabiqəsində "Dilimizi sevək, sevdirək!" adlı layihəm müsabiqədə qalib elan olunub. Layihənin keçirilməsində əsas məqsəd azsaylı xalqların daha çox məskunlaşdığı kənd məktəblərində Azərbaycan dilini tədris edən müəllimləri «Yazı işinin təşkili metodikası” təlimlərinə cəlb etmək və onların bu istiqamətdə bilik və bacarıqlarını artırmaqdan ibarət idi. Layihənin növbəti mərhələsində isə hər iki təlimdə (Qax və Zaqatala rayonlarında keçirilən təlimlərdə) iştirak edən 52 müəllim TİPİİ tərəfindən yekun qiymətləndirilib və ixtisasartırma sertifikatları təqdim olunub.
III qrant müsabiqəsinə təqdim etdiyim "Formativ və summativ qiymətləndirmə vasitələrinin hazırlanması" adlı layihəmin əsas istiqaməti yeni işə qəbul olmuş gənc müəllimlərin ixtisasları üzrə formativ və summativ qiymətləndirmə vasitələrini hazırlamalarına köməklik göstərməkdir. Təlimlərin 50 gənc müəllimin iştirakı ilə sentyabr, oktyabr aylarında keçirilməsi nəzərdə tutulub və təlimin sonunda iştirak etmiş müdavimlərə iştirak sertifikatları təqdim olunacaq.
Gənc müəllimlərə göstərmiş olduğunuz diqqət və qayğıya görə, “Palitra” qəzetinin rəhbərliyinə və sizə dərin təşəkkürümü bildirirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Rusiya üçün Ermənistanın əhəmiyyəti azalır
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info