Rusiya alimləri qanda şəkərin miqdarını tər ilə ölçəcək üsul hazırlayıblar
Tarix: 26.07.2019 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək üsul hazırlayıblar. AZƏRTAC xəbər verir ki, bu yeni metod barədə məlumatı Moskva Dövlət Universitetinin (MDU) mətbuat xidmətindən TASS informasiya agentliyinə bildiriblər.
Məlumatda bildirilir ki, yeni biosensor bədəndəki təri fasiləsiz olaraq analiz edir və qanın tərkibində normadan artıq şəkərin miqdarı barədə xəbərdarlıq edir. MDU-nun kimya fakültəsinin alimləri biosensorun prototipini təqdim ediblər və qeyd ediblər ki, bu yeni cihaz şəkərli diabetdən əziyyət çəkənləri tez-tez qan analizi verməkdən xilas edəcək. Onların sözlərinə görə, yeni biosensor yüz milyonlarla diabetli insanın həyatını yaxşılaşdıracaq.

MDU-nun laboratoriyalarında könüllülər üzərində keçirilən testlər zamanı aydın olub ki, qanda şəkərin miqdarının müəyyən edilməsinin qeyri-invaziv metodu diabetin monitorinqi məqsədilə qanla tər arasında olan korrelyasiyanı ölçməklə həyata keçiriləcək.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, planetimizdə əhalinin 5 faizi şəkərli diabetdən əziyyət çəkir. Diabet ürək-damar xəstəlikləri, korluq, aşağı ətrafların amputasiyası, böyrəklərin fəaliyyətinin pozulması və digər ağır fəsadlara səbəb olur. Bu xəstəliklərin inkişafının qarşısını almaq üçün diabetdən əziyyət çəkən insanlar qanın tərkibində qlükozanın səviyyəsinin müəyyən normalar daxilində qalmasına nəzarət etməlidirlər. Lakin qan analizi onlarda rahatsızlığa səbəb olur və müəyyən risklər yaradır. Bu səbəbdən alimlər uzun müddətdir ki, qeyri-invaziv metodlar üzərində iş aparırlar. MDU-nun laboratoriyalarında hazırlanmış biosensor prototipi qlükooksidaz fermenti daxil edilmiş platin elektroddan ibarətdir. Onun daxilində tərdə olan qlükoza qlükooksidazla birləşir və nəticədə hidrogen peroksid yaranır. Bu maddə isə dolayısı ilə qlükozanın səviyyəsini müəyyən edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info