Armen Qriqoryan: “Mühacirət Ermənistan ordusu və təhlükəsizliyinə çox ciddi təhdiddir”
Tarix: 26.07.2019 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


“Bu gün mühacirət orduya mənfi təsir göstərən və bununla yanaşı təhlükəsizliyimiz üçün ən ciddi təhdidlərdən biridir. Ona görə də, ölkə rəhbərliyi məsələnin həlli yolunu tapmağa çalışır. Ancaq unutmaq lazım deyil ki, təkcə bir komponentin köməyi ilə çətin ki, buna nail olmaq mümkün olsun”.
Mətbuat konfransında bu fikirləri səsləndirən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan artıq bu istiqamətdə müəyyən işlərin aparıldığını bildirib. Onun sözlərinə görə, artıq ölkəni tərk edənlər arasında səngimə müşahidə edilməkdədir: “Biz bu məsələni baş nazir Nikol Paşinyanın da iştirakı ilə bir neçə dəfə müzakirə etmişik. Bundan əlavə ölkədə doğum nisbətinin artırılması məsələsi də müzakirə olunur”. Maraqlıdır ki, Ermənistandan Rusiyaya miqrant axınının son illərdə yenidən artdığını qeyd edildiyi “Rusiyadakı iqtisadi vəziyyətə nəzarət” monitorinqinə şübhə ilə yanaşın erməni məmur bunun həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, 2018-ci ilin sonunda Ermənistan vətəndaşlarının gəliş və gediş balansı müsbət olub: “Hazırda bəzi Şərq ölkələrində yaşayan ermənilər daimi yaşamaq üçün Ermənistana köçmək istəyirlər. Hətta onların sayında artım da müşahidə edilməkdədir. Məhz bu mənada ümumilikdə meyllərin müsbət olduğuna ümid edirik”. Qeyd edilməlidir ki, bu gün Ermənistanda əhalinin təbii artımında da azalmalar müşahidə edilməkdədir. Müqayisə üçün bildirək ki, əgər, 1986-cı ildə Ermənistanda 69 min doğum qeydə alınmışdısa, ötən il - 2018-ci ildə bu göstərici cəmi 10.800 nəfər olub. Bu il Ermənistan əhalisinin sayının rəsmi olaraq 2 milyon 965 min 100 nəfər olduğu elan edilib. Ötən il isə bu göstərici 2 milyon 972 min 700 nəfər göstərilmişdi.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info