Bir neçə ildən sonra Ermənistanda ölüm doğum nisbətini üstələyəcək
Tarix: 29.07.2019 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


«Hələ ki, Ermənistan demoqrafik problemin ciddiliyini qiymətləndirmir. Amma əbəs yerə. Məsələ bundadır ki, BMT araşdırmalarına görə, 2025-ci ildə Ermənistanda böyük depopulyasiya gözlənilir, yəni ermənilərin ölümü doğuş nisbətini üstələyəcək». Ermənilərin «1in.am» saytı deyilənlərə rəğmən, artıq ölkədə bu prosesin başladığını bildirir. Maraqlıdır ki, prossesin qarşısını almaq üçün hansı vasitədən istifadə edilməlidir: «Ölkədə yeni bir inqilab edilməlidirmi?»- deyə sual yaranır. Axı ermənilərin ölkədən köç etmələri bu gün də göz önündədir. Sayta görə, məsələ təkcə ermənilərin ölkəni tərk edib getmələri ilə bağlı deyil: «Gələcəyini öz ölkələri ilə əlaqələndirməyən, ümidsiz qalanlar üçün doğum nisbəti davamlı olaraq azalmaqdadır. Yən, Serj Sarkisyanın 2017-ci ildə verdiyi açıqlamada 2040-cı ilə qədər Ermənistan əhalisinin 4 milyon olacağı barədə dedikləri özünü doğrultmadı».
Sayta görə, ölkədə baş verən «məxməri inqilab»dan sonra vəziyyət yaxşılğa doğru bir qədər dəyişsə də, sən demə, bunlar da ötəri imiş. Qeyd edilməlidir ki, həmin ərəfədə erməni cəmiyyətində, eləcə də diaspor dairələrində Ermənistana gəlmək ümidi, bir istəyi var idi: «Ancaq demoqrafik problemi həll etmək üçün yalnız ümid və arzu kifayət deyil. Bunun üçün konkret mexanizmlər lazımdır».


Rəsmilərin 2040-cı ilə qədər Ermənistan əhalisinin 4 milyon olacağı barədə dedikləri özünü doğrultmadı


Saytın ehtimalına görə, bu gün Ermənitandakı demoqrafik problemi effektiv şəkildə həll etmək üçün buna bütün ermənilərin gündəliyi kimi baxılmalıdır. Maraqlıdır ki, sayt bu istiqamətdə də xaricdəki erməni diasporunun xidmətindən yararlanmaq istəyir. Doğrudur, bu məsələ hələ ki, elan kimi təqdim edilir. Ən maraqlısı isə budur ki, yeni erməni baş nazir Nikol Paşinyan ölkə əhalisinin altı milyona çatdırılması və ya daha iki qat artırılması barədə danışır: «Məxməri inqilab»ın qaynaqları nəzərə alındıqda bu rəqəm inanılmaz və ya çox iddialı görünmür. Ancaq məsələ tezliklə institusional vəziyyətə gətirildiyi təqdirdə, bu, reallığa çevrilə bilər».
Təbii ki, bu da indiyə qədər həyata keçirilə bilməyən erməni xülyalarından biridir. Lakin ən maraqlısı isə Paşinyanın erməni əhalisinin artımı ilə bağlı Sərkisyandan da fərqli olaraq daha ümmanlara əl atmasıdır. Sual oluna bilər: «Nəynən ay ….?»
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
27.08.2019
Proqramsız müxalifət
26.08.2019
Paşinyanın komandasında parçalanma başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info