Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı artıb
Tarix: 29.07.2019 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı artıb.
Məlumatı görə, 2013-cü ildə Azərbaycana 2 508,9 min nəfər turist səfər edib ki, onların 2 129,5 min nəfəri istirahət məqsədilə gəlib. 2018-ci ildə isə Azərbaycana gələn 2 849,6 min nəfərin 2 605,3 mini turizm məqsədilə səfər edib.
Keçən il Azərbaycana səfər edən turistlərin 1 042,4 min nəfəri istirahət, əyləncə, 787,4 min nəfəri işgüzar , 63,1 min nəfəri müalicə, 15,3 min nəfəri dini ziyarət, 651,6 min nəfəri qohumlara, dostlara baş çəkmək məqsədilə ölkəmizə səyahət edib.
Ötən müddətdə Azərbaycana qeyd edilən bütün istiqamətlər üzrə səfər edənlərin sayı artıb.
Keçən il xarici ölkələrə 4 908,1 min nəfər Azərbaycan vətəndaşı səfər edib ki, bu say da 2013-cü illə müqayisədə çoxdur.
2013-cü ildə xarici ölkələrə gedən 4 284,7 min nəfər Azərbaycan vətəndaşının 3 306,7 min nəfərinin səfərinin məqsədi istirahət olub.
Ötən il xaricə gedən 4 096,7 min nəfər azərbaycanlı turistin 1 126,3 mininin məqsədi istirahət, əyləncə olub.
2018-ci ildə turistlərin 900,2 min nəfəri işgüzar, 288,6 min nəfəri müalicə, 245,3 min nəfəri dini ziyarət, 844,5 min nəfəri qohumlara, dostlara baş çəkmək məqsədilə xaricə səyahət edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
04.08.2020
İspaniyaya turist axını 70 faizdən çox azalıb
28.07.2020
Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər
27.07.2020
Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq
24.07.2020
Turizm şirkətləri İstanbula aviabilet satmaq imkanı qazandılar
14.07.2020
Pandemiyanın Azərbaycanda turizmə təsiri - 2 dəfədən çox azalma olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info