“Savadlı kadrların əksəriyyəti Ermənistanı tərk edib”
Tarix: 30.07.2019 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


“Hökumət ölkənin qarşısında duran vəzifələrin mürəkkəbliyini kifayət qədər dərk edə bilmir”

«Bu gün Ermənistan üçün xarici siyasətdə məqbul, başadüşülən və eyni zamanda, bir-birini tamamlayan dəhliz son dərəcə daralıb». «Qolos Armenii» saytına açıqlama verən Ermənistanın ikinci prezidenti Robert Koçaryan bu fikirləri Paşinyanın Qərb elitasına Rusiyanın Ermənistana təsirinin zəifləməsi ilə bağlı verdiyi vədlərlə əlaqədar sualı cavablandırarkən bildirib:
“Bu, hakimiyyət üçün bir gecədə geosiyasi əlamətləri "dəyişdirən" şəxs həyatı çətinləşdirir. Eyni zamanda, əvvəllər olduğu kimi, düşünməyə davam edirlər, lakin bəhanə gətirməyə, həmişə uğur qazanmayan səmimiyyəti təqlid etməyə məcbur olurlar. Bura ikitərəfli siyasi münasibətlər, yayılan geosiyasi əlamətlər və nəticədə tərəfdaşlarla qüsurlu münasibətlər aiddir. Məhz bu mənada inanmadığımız və ya inandığımız hər hansı bir şeyi uğurla həyata keçirmək mümkün deyil»
Gürcüstan iqtisadiyyatında Türkiyə-Azərbaycan amilinin artan rolu, Ermənistan və Qarabağın gələcəyi üçün problemləri özündə cəmləşdirən ABŞ və İran arasındakı münasibətlərdən yaranan yeni çətinliklər, İrəvanın bu çətinliklərə hazır olub-olmaması ilə bağlı suala cavab verən Koçaryan suala sualla da cavab verir: «Bu gün Ermənistanın bölgədə nüfuzlu oyunçu olmağa nə ehtiyacı var? Soruşuram, biz hansı cəhətimizə görə başqaları üçün maraqlıyıq və ya bu gün bizim qonşularımızdan hansı üstünlüklərimizlə fərqlənirik? Hazırda problemlərimiz nədədir? Əslində, buna dücgün bir cavab vermək çoxlarımızı məyus edəcək. Bu gün biz dörd ölkə arasında sıxılmaqdayıq. Bizim Türkiyə və Azərbaycanla münasibətlərimiz, yumşaq şəkildə desək, elə də üərkaçan deyil. ABŞ-ın qara siyahısında olan İran daima sanksiya təzyiqi altındadır. Gürcüstan isə fəal şəkildə Ermənistanın qeyd olunduğu və bizim coğrafi cəhətdən bu ölkənin ərazisindən təcrid olunduğumuz ərazilərlə zidd olan bir geosiyasi ittifaq axtarır. Bu gün Ermənistan üçün demoqrafik vəziyyət də ürəkaçan deyil. Ölkədə gedən qocalma bizi genişmiqyaslı iqtisadiyyatın qurulmasından məhrum edir. Bununla yanaşı, bizim dörd qonşudan ikisi ilə problemli münasibətlər müxtəlif xidmət növləri üçün regional liberal platforma olmağa imkan vermir. Etiraf edilməlidir ki,bu gün bizi böyük transmilli korporasiyalar üçün cəlbedici edən əhəmiyyətli təbii sərvətlərimiz yoxdur. Kiçik bir ərazimiz var ki, bu ərazidə yeni rabitə ilə tanış olmaq o qədər də çətin deyil. Qeyd edim ki, ölkəmizin mövcud nəqliyyat problemləri istehsalın maya dəyərinə böyük təsir göstərir və sənaye inkişafının mümkün seqmentlərini ciddi şəkildə daraldır.
SSRİ-dən miras qalmış, yüksək texnoloji sənayenin inkişafı üçün zəruri olan texniki cəhətdən savadlı insan kapitalından məhrumuq. Onların əksəriyyəti ölkəni birdəfəlik tərk ediblər. Xarici diasporların ölkənin iqtisadi inkişafında iştirakı çox aşağı səviyyədədir. Bu da əsassız deyil. Məsələ bundadır ki, bunun fəsadları gələcəkdə daha açıq şəkildə özünü büruzə verəcək. Belə ki, bu gün diaspor qəbul edən ölkələrdə həm ikinci, həm də üçüncü nəsil mühacirləridə obyektiv motivlər və qloballaşmanın təzyiqi altında milli düşüncənin silinməsi ilə assimilyasiyası baş verir. Eyni səbəblərə görə, erməni icmalarının ənənəvi özünüidarəetmə institutları zəifləyir. Xatırladım ki, bu siyahıya Qarabağ probleminin nizamlanmasını da əlavə etmək lazımdır. Əslində, sadaladıqlarım Ermənistanın üzləşdiyi problemlərin tam siyahısı deyil. Sual olunur, bu sadaladıqlarımı populizm və şüar səsləndirmək əsasında həll etmək mümkündürmü? Aydındır ki, yox və bunların öhdəsindən gəlmək üçün super səylər, super təşkilatlanma və super səriştəyə ehtiyacımız var. Məhz bu mənada, bu gün bizi irəli apara biləcək iəşlərlə məşğul olmalıyıq. Bütün bunlarla yanaşı, mən bu gün hökumətin ölkənin qarşısında duran vəzifələrin mürəkkəbliyini kifayət qədər dərk etdiyinə dair əlamətlərin olmadığını da qeyd etməliyəm».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
27.08.2019
Proqramsız müxalifət
26.08.2019
Paşinyanın komandasında parçalanma başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info