Pulsuz fotoqrafiya kursu
Tarix: 21.08.2013 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Sentyabrın 1-dən Azərbaycan Fotoqraflar Birliyinin (AFB) nəzdində yeni başlayanlar üçün fotoqrafiya kursu fəaliyyət göstərəcək. Fotoqraf olmaq – hadisəni, fikri və ya emosiyanı fotoqrafiya vasitəsilə görmək və göstərmək qabiliyyətidir. Bunun üçün xüsusi insani və estetik, müəyyən tarixi və incəsənət, eyni zamanda, fotoqrafik materiallar, proseslər və texnologiyalar sahəsində dərin biliklərə malik olmaq şərtdir. Fotoqraflar ənənəvi nəşriyyat, internet və reklam işindən tutmuş, dəb, teatr, şou-biznes, o cümlədən şirkətlərin xarici əlaqələrinədək bir çox sahələrdə tələb olunurlar. Hazırkı kurs fotoqrafiya dünyasını bir sənət, peşə kimi qavramağa pəncərə açaraq ətraf mühitə yeni nəzərlə baxmaq, hətta ən adi əşyaları belə başqa gözlə görmək imkanı verir. Burada əsas diqqət fotoqrafiyanın yaradıcı meyarlarına yönəldilir.
Kursa nəzəri və praktiki hissələr, fotoqrafiyanın tarixi haqqında məruzələr, fototexnikanın əsasları, studiya çəkilişlərinin nümayişi, ağ-qara fotomaterialların hazırlanma, aydınlaşdırma və çap etmə prosesləri, məşhur fotoqrafların əsərlərinə tamaşa və onların müzakirəsi, kurs dinləyicilərinin yerinə yetirdikləri tapşırıqların müzakirələri daxildir. Ev tapşırıqları isə kompozisiyanın tərtibini, peyzaj, portret, natürmort çəkilişini, studiya çəkilişlərini, gecə çəkilişlərini, reportajı, verilmiş mövzuya dair çəkilişi əhatə edir. Kursu professional fotoqraf, bir sıra beynəlxalq fotosərgilərin iştirakçısı, AFB idarə heyətinin sədri Mirnaib Həsənoğlu aparacaq.
Kurs başa çatdıqdan sonra AFB seçilmiş işlərdən fotosərgi təşkil edəcəkdir. Dinləyicilərə AFB-nin sertifikatları veriləcək, ən yaxşı fotoqrafiya birliyin diplomu ilə təltif olunacaq. Kurs üç ay müddətində, 2 saat olmaqla 26 məşğələdən ibarət olacaqdır. Məşğələ AFB-də saat 18:30-dan 20:30-dək keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info