Baş infeksionist “qara yara”ya yoluxmamaq üçün tövsiyələr verdi
Tarix: 01.08.2019 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev “qara yara”ya yoluxmamaq üçün insanlara tövsiyələr verib.
C.İsayev Trend-ə açıqlamasında bildirib ki, “qara yara” adətən, peşəyönümlü xəstəlikdir. “Qara yara”ya yoluxma ehtimalı qəssablarda, kənd təsərrüfatı ilə məşğul olan, gön-dəri sənayesində, süd kombinatlarında işləyən insanlarda yüksək olur.
Baş infeksionist qeyd edib ki, “qara yara” xəstəliyi çox zaman dəri formasında özünü göstərir, xəstəlik tək-tək hallarda septiki formada keçir:
“Xəstəliyin dəri forması o qədər ağır gedişli olmur. Bu xəstəliyin gedişi də insanın fərdi xüsusiyyətindən asılıdır. Yanaşı gedən hər hansı xəstəlik olarsa, “qara yara”nın dəri forması ağır fəsadlara səbəb ola bilər. Amma septiki forma çox vaxt ağır gedişə səbəb olur və letallıqla nəticələnir. Ona görə “qara yara” törədicilərini bəzən hətta bakterioloji silah kimi də istifadə etmək olur”.
“Qara yara”nın insandan insana keçmədiyini vurğulayan C.İsayev əlavə edib ki, bu xəstəlik insandan insana keçmədiyinə və epidemioloji baxımından yalnız zoonoz xəstəlik olduğuna görə baytarlıq tədbiləri görmək və ət məhsullarının alınıb-satılmasında diqqətli olmaq lazımdır.
Nazirliyin baş mütəxəssisi əlavə edib ki, çox zaman ətin görünüşündən onda “qara yara” xəstəliyinin olduğunu müəyyən etmək olmur:
“Amma ümumən ətə baxdıqda görmək olur ki, onda nə isə var. “Qara yara”nın insanlara yoluxmaması üçün tövsiyəm odur ki, mənşəyi məlum olmayan, baytarlıq müayinəsindən keçməyən, küçədə satılan əti, eləcə də hansısa təsadüfi insanlardan ət almasınlar. İnsanlar böyük marketlərdən, xüsusiləşmiş ət satışı mərkəzlərindən ət alsınlar, çünki həmin yerlərdə baytarlıq müayinəsindən keçməyən ətlərin satışına icazə verilmir. Kənd təsərrüfatında işləyən insanlar da təsərrüfatlarına ciddi diqqət yetirsinlər, xəstə heyvanları sağlam heyvanlardan ayırsınlar, heyvanlar xəstəliyə şübhəli olduqda onu həkim müayinəsindən keçirsinlər. Çünki “qara yara”ya tutulan heyvanın ətini qətiyyən istifadə etmək olmaz. Bu ətlər ya xüsusi üsulla yandırılmalı, ya da basdırılmalıdır. İnsanların bu xəstəliyə yoluxması da onların özündən, bu sadalananlara nə dərəcədə əməl etmələrndən asılıdır”.

Sabirabadda iki insanın “qara yara”ya yoluxmanın necə baş verməsi və yoluxma səbəbləri barədə məlumatsız olduğunu deyən baş infeksionist əlavə edib ki, əslində, xəstəlik müalicə edilir və heç bir problem yaratmır:

“Azərbaycanda “qara yara”dan ölüm halının nədən baş verdiyini deyə bilmərəm. Ola bilər ki, həmin insanda yanaşı hər hansı xəstəlik olub. Ümumiyyətlə isə “qara yara” regionda təsadüf olunan xəstəlikdir. Ermənistan və Gürcüstanda bu xəstəliyə təsadüf edilib. Söz yox ki, onlarda “qara yara” varsa, onun bizdə də olma ehtimalı var. Tək-tək də olsa, Azərbaycanda bu xəstəliyə təsadüf olunur, heç kim o xəstəliyin yayılmasından sığortalanmayıb. Amma tək-tək yoluxma hadisələri təhlükəli deyil".

Xatırladaq ki, Sabirabadda iki nəfərdə "qara yara" xəstəliyi aşkarlanıb. İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib.

Hazırda Qida Təhlükəsizliyi Agentliyi xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalar aparır. Aparılan araşdırmaların hazırkı mərhələsinə qədər həmin şəxslərin təmasda olduğu heyvanlarda və heyvandarlıq təsərrüfatında xəstəlik faktı aşkar olunmayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin baş məsləhətçisi Yolçu Xanvəli Trend-ə bildirib ki, Azərbaycanda 2005-ci ildən sonra heyvanlar arasında "qara yara" xəstəliyinə yoluxma və ölüm halları qeydə alınmayıb. Hazırda Azərbaycanda heyvanlar arasında "qara yara", eləcə də digər ciddi yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabitdir.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş
21.08.2019
Quba rayonunda baş vermiş yanğın söndürülüb
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info