İcra başçısı kəndləri gəzir
Tarix: 01.08.2019 | Saat: 13:12:00 | E-mail | Çapa göndər



İnsan taleləri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində deyir ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər... Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var.
Ölkə rəhbərinin tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindənhərhəftəninIgünlərivirtual, IIgünləriRİH-də, IIIgünləriisə yerlərdə səyyarqəbulzamanı müraciətləridiqqətlə araşdırılırvə əsasənoperativhəlledilir. Budatəkrarmüraciətlərinyaranmasınınqarşısını alırvə vətəndaşlartərəfindənböyükrazılıqlaqarşılanır. Kəndvə qəsəbələrdə keçirilənsəyyarqəbul-görüşlərdə çıxış edənlər, hərhansı birməsələ ilə bağlı fikirsöyləyənlər, şəxsiproblemlərinidilə gətirənlərinanırlarki, Rafilmüəllimə hərkəssözünü deyə bilər. Və dediyimizkimi, hərhansı birməsələ nəticəsizqalmır; sənədləşir, videoyaalınırvə nəticəsibarədə növbətigörüşlərədəkvətəndaşaməlumatverilir. Rayonrəhbəribilirki, hərsözün, hərmüraciətinarxasındainsantaleyidayanır... Hərbirmüraciətə həssaslıqlayanaşanicrabaşçısı şübhəsiz, belə şikayətlərinoperativvə qanunçərçivəsində həllinə çalışır. Başçı həminşikayətlərinyerindəcə həllinə nailolmaqüçünevlərdə görüşləriniştirakınaüstünlükverir. İnsanlarrayonrəhbərinə minnətdarlıqedir, onaürəkləriniaçır. Kiminnə dərdi-sərivar, danışır. Nə qonşusubilir, nə də qohum - əqrəbası...
Son 5 ildə rayonicrahakimiyyətininsəyyarqəbullarında 1400-ə yaxınvətəndaşın 2002 arzuvə təklifidinlənilmişdir.
CariilinmayayındanbaşlayaraqMasallı RİHbaşçısı RafilHüseynovvə aparatınməsulişçilərimüntəzəmolaraqkəndvə qəsəbələrdə sakinlərlə özləribilmədənevlərində olur, onlarlagörüşür. Bildirdiyimizkimi, Masallıdayaxşı ənənə halını almış vətəndaş müraciətlərində onlarfəallıqgöstərir, həftə ərzində kəndlərigəzir, 4-5, bəzən 7-8 evinqapısını döyür, evlərə gəlir, vətəndaş müraciətlərinidinləyir, sakinlərlə birgə çayiçir, söhbətaparır, dərd-səriniöyrənir.
Başçınınevlərdə keçirdiyiilkbelə görüşlərindənbiriƏrkivanqəsəbəsində oldu. Qəsəbə sakiniNahidə Cahangirovanınevində qonaqolanbaşçıyaevsahibiünvanlı sosialyardım (ÜSY) almaması, payıbəllitorpağınınolmaması, qızı Zəhranınserebraliflicxəstəsiolması, onapensiyaverilməsinnə köməkgöstərilməsini, həmçininqızövladınagörə patronajlığıntəyinolunmasını xahiş etmişdir. Başçı müraciətedənqadını diqqətlə dinləmiş, ÜSYbarədə elektronmüraciətolunmuş, sağlamlıqimkanları məhduduşaqmüavinətitəyinedilmişdir. Bu ilin aprelin 1-dən hər ay əlli manat pul vəsaiti patronayın hesabına köçürülür.
Qəsəbədə digər 4 nəfərin - Fariz Cahangirov, Cəsarət Səfərov, Təranə Məmmədhüseynova və Xumnaz Rəhimovanın həyətinə daxil olaraq, onların müraciətinə baxılmışdır.
Fariz Cahangirov kənd təsərrüfatı ilə məşğul olmaqdan ötrü kreditin götürülməsinə kömək göstərilməsini xahiş etmişdir. Vətəndaş DAİM-də qəbul edilərək, ona müvafiq banka müraciət etmək tövsiyə olunmuşdur.
Kanalizasiya çəkilərkən Cəsarət Səfərovun evində çatlar əmələ gəlib. Özü xahiş etməsə də ona işlətmək üçün inşaat materialları və maddi kömək göstərilib.
Xumnaz Rəhimova qəsəbədə yeni məhəllədə yaşayır. O, yaşadığı evə 300 metrlik qaz xəttinin çəkilməsini xahiş etmişdir.
"Azəriqaz"la rəsmi yazışma zamanı məlum olmuşdur ki, podratçı şirkətin səhvi üzündən xanımın yaşadığı evə qaz xətti çəkilməmişdir.
"Azəriqaz"ın süründürməçiliyi davam edir.
Masallı RİH başçısı Meşəkənarı kəndində olarkən Natiq Alışovun evinə getmişdir. O, icra başçısına oğlu Nurlanın serebral iflic xəstəsi olduğunu demiş, qayğılarından danışmışdır. Valideyn əlil arabası, patronayın təyini, evinin cari təmir məsələləri və dərman preparatı ilə bağlı müraciəti etmişdir. Valideyn Natiqin arzusu yerinə yetirilmiş, oğluna əlil arabası verilmişdir, dərmanla təmin olunmuş, digər xahişi yerinə yetirilmişdir. Uşağın babası rayon icra hakimiyyətində, qəbula gələn insanlar qarşısında evində qonaq olan rayon rəhbərinə dərin minnətdarlığını, hədsiz sevincini bildirmişdir.
Rayon rəhbərinin vətəndaşlarla şəxsi evlərində görüşlərindən biri iyulun 25-də Boradigah qəsəbəsinin Mollaoba ərazisində olmuşdur. Mollaoba öz müasirliyi və yeni tikililərin yaraşığı ilə fərqlənən abad və müasir kəndlərdəndir. RİH başçısı adəti üzrə heç kimə xəbər vermədən bəzi evlərə getmiş, qapıları döymüş, ailələrli narahat edən məsələləri dinləmiş, bəzilərinin tez və operativ həllinə nail olmuşdur.
RİH başçısının növbəti görüşü cənab Prezidentin sözlərinə gözəl nümunədir. Rafil müəllimin kənddə ilk rastlaşdığı ağbirçək Məhəddisə Əhədova oldu. İlin əvvəlində vətəndaş üçün fərdi ev tikilsə də o, yeni ocağa köçə bilmirdi. Həmin evdə işığın, qazın olmaması, köhnə evə qazın rezin şlanqla uzaq məsafədən çəkilməsi, elektrik xəttinin qəza vəziyyəti buna səbəb göstərilirdi. RİH başçısı faktla yerindəcə tanış oldu, elektrik və qaz təsərrüfatının təcili qaydaya salınması, sayğac qoyulması barədə tapşırıq verdi. Məlum oldu ki, təzə binaya işıq və qaz xəttinin çəkilməsini öhdəsinə götürən inşaatçılar tikinti başa çatan kimi buralarda görünməmışlər.
Məhəddisə Əhədovanın xəstəliyi ilə bağlı müraciəti də yerindəcə həllini tapdı.
Ev sahibi RİH başçısına minnətdarlıq bildirdi.
RİH başçısı qonşu həyətə keçdi. Bura kənd sakini Qurbanəli Şiriyevin evidir. 80 yaşlı Qurbanəli kişi onkoloyi xəstədir. Rafil müəllim onunla hal-əhvallaşır, problemlərini soruşur.
Qurbanəli deyir ki, şükür, dövlətimizin başçısı möhtərəm İlham Əliyevin diqqəti daim üstümüzdədir. Səhhətim tez-tez dəyişir, təzyiqdən əziyyət çəkirəm. Kövrəlir:
-On övlad atasıyam. Bir oğlum RF Sankt-Peterburqda yaşayırdı. Vətənin harayına gəldi. Döyüş dostları ilə, tankı ilə 13 kilometr irəliləyərək düşməni geri oturdsa da şəhid oldu.
R.Hüseynov:
-Niyə kövrəlirsən, başını uca tut ki, övladın Vətən, torpaq uğrunda şəhid olub. Gəlmişəm ki, görüm, nə çətinliyin var?
-Payıbəlli torpağımla bağlı Sizə müraciət etdim, kömək elədilər. Sağ olun!

RİH başçısı Qurbanəli kişinin dediyi ünvanda olur. Vəziyyətlə tanışlıqdan sonra kanalın bərpası ilə əlaqədar tapşırıqlar verir.
Q.Şiriyev RİH başçısına minnətdarlıq edir, bu yaşımda hələ indiyədək Masallıda rayon rəhbərinin qapı-qapı gəzib, sakinlərin problemləri ilə yaxından maraqlandığını görməmişdim. Cənab İlham Əliyevdən nümunədir ki, evimizə gəlirsiniz və problemlərimizlə yaxından maraqlanırsınız, - deyir.
Qurbanəlinin bir oğlu ruhu xəstədir. Ünvanlı sosial yardıma ehtiyacı var. DSMF Masallı rayon şöbəsinin müdiri Ərzuman Hüseynov bu sahədə sənədlərin hazırlanmasında kömək göstəriləcəyini bildirir .
Mollaoba sakini Miryaqub Nağıyev icra başçısını çay süfrəsinə dəvət edir. Rafil müəllim adəti üzrə həyət-bacaya baxır, deyir ki, olduğum həyətlərdə belə yaşıllıq görməmişəm. Limon, mandarin ağacları da əkibsən. Çox yaxşıdır. -Ağa, çətinliyin, problemin varsa kömək edək, - deyə rayon rəhbəri həyətində qonaq olduğu vətəndaşdan soruşur.
- Sağ olun. Sizin bu tədbiriniz Allaha da, bəndəyə də xoş olar. Şükür, dolanıram, çətinliyim də yoxdur. Allah Prezidentimizə yar olsun, fikri-zikri xalqın üstündədir. Əmək haqlarının, pensiyaların artırması imkansızlara böyük kömək oldu.
Kənd sakini Surac Hüseynov iş adamıdır. Heyvandarlıqla məşğuldur. Bu sahənin inkişafı üçün bir neçə dəfə kredit götürüb. RİH başçısına fermaya gedən yolun aşılmasını xahiş etdi. Siracın arzusu yerinə yetirildi: bir gündən sonra fermaya yol açıldı.
R.Hüseynov daha sonra kənddə imkansız bir ailədə - Sevil Qasımovanın evində oldu. Əslində elə bir çətinliyi olmadığını, ona baş çəkdiyinə görə ölkə rəhbərinə minnətdarlıq etdi. Dərhal bura gələn həkimlər briqadası Sevil Qasımovanı müayinədən keçirdi, ona tibbi yardım göstərdi.
S.Qasımova bildirir ki, bir dəfə nəvəmin son zəng günü üçün maddi yardıma ehtiyaca görə Sizə müraciət etmişdim. Sağ olun ki, nəvəmi sevindirib, onu son zəngə göndərə bildim...
Dünyaya on bir övlad gətirən Sevil ana hazırda heç bir maddi çətinlik çəkmədiyini gündəmə gətirir. Deyir ki, yaşım 70-i keçib. Hələ heç vaxt buçağacan rayon rəhbərinin ev-ev gəzib adamların dərd-səri ilə tanış olduğunu görməmişdim. Hamı kimi yaşayırıq, imkanımız yaxşıdır.

Qonşudan kənd sakini Əlişir Nurəliyev rayon rəhbərinə təzə ev tikdirdiyini vurğulayır.
Başçı həmin gün Mollaobada 7 evdə oldu. O arada qonşu həyətə keçən Rafil müəllimə sonradan məlum oldu ki, getdiyi 2 evdə müxalifətçilər yaşayır. Həyat səviyyəsi yüksəkdir. Müxalifətçi Bakıda idi. Qardaşı və onun həyat yoldaşı, ailə üzvləri həyətdə göründü. Rayon rəhbəri xanımdan soruşdu ki, probleminiz nədir, nədən narazısınız? Xanım dedi ki, problemimiz var. Ancaq o, problemini deyə bilmədi, söz tapa bilmədi, heç nədən narazı olmadıqlarını bildirdi cənab başçı dedi ki, mən Prezidentin nümayəndəsiyəm, məqsədim hər bir adamın arzu və təklifini dinləməkdir. Mənimçün fərqi yoxdur ki, kim kimdir. Möhtərəm Prezident bütün Azərbaycan xalqının Prezidentidir.
Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti görüşü sakinlərin fərəhi, minnətdarlığı, bəzi problemlərin aradan qaldırılması, digərlərinin nəzarətə götürülməsi ilə başa çatır. Bütün görüşlərində gözəl və sakit həyatımız üçün ölkə Prezidentinə minnətdarlıq edilir. Tez-tez bu sözləri eşitmək olur: "Allah Prezidentimizə cansağlığı versin, biz hər zaman Ali Baş Komandanımızın yanındayıq və onu dəstəkləyəcəyik. İşığımız, qazımız, suyumuz daimidir. Yollarımız yaxşı vəziyyətdədir. İndi kənd yolları asfaltlaşdırılır."
Bəli, Masallı rəhbərliyinin vətəndaşlarla apardığı bu iş üsulu olduqca təqdirəlayiqdir. Təcrübə göstərir ki, belə bir yanaşma həm bir sıra mühüm problemlərin həll olunmasına şərait yaradır, həm də dövlətə və dövlətçiliyə olan inam hissini bir qədər də gücləndirir. Vətəndaş görür ki, onun arxasında dövləti, Prezidenti dayanıb və təbii ki, bu, onu hədsiz sevindirir, cəmiyyətdə, həyatda yaşamaq hissini gücləndirir.
Əlihüseyn ŞÜKÜROV




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info