“Ermənistanda maaşları artırmaq üçün sabit maliyyə mənbələri yoxdur”
Tarix: 01.08.2019 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


«2019-cu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistanın dövlət büdcəsinin gəlirləri 25,1 faiz və ya 152 milyard dram artıb». Bu barədə erməni baş nazir Nikol Paşinyan şəxsi «Facebook» səhifəsində məlumat verib.
Ermənilərin «Qolos Armenii» saytının verdiyi məlumata görə, dövlət büdcəsindəki bu artım sayəsində artıq iyun ayından bəri hərbçilərin məvacibləri 10 faiz artırılıb. Bu ilin sentyabrın 1-dən başlayaraq, 10 faizlik maaş artımı 38 min müəllimə də şamil ediləcək. Gələn ilin-2020-ci ilin yanvarından isə ölkədəki təqaüdçülərin də pensiylarında artım gözlənilir və s. Saytın yazdığına görə, əslində, göstərilən bu rəqəmləri müsbət kimi dəyərləndirmək olar. Lakin heç bir istesal sahəsi olmayan bir ölkə üçün bu qədər vəsaitin-152 milyard dramın dövlət büdcəsinə haradan daxil olacağı sual kimi ortaya çıxa bilər: «Məsələ bundadır ki, ölkə büdcəsinə daxil olan gəlirlərin mənbəyi göstərilməyib. Əslində, ölkədəki hərbçi və müəllimlərin maaşlarının artırılması müvəqqəti xarakter daşımayacaq. Belə ki, bu, sabit maliyyə tələb edir. Əlbəttə ki, bu proqramların müddəti üçün sabit gəlir və etibarlı mənbələr lazımdır.
Qeyd edək ki, bir müddət bundan əvvəl baş nazir Nikol Paşinyan ölkədə vergi ödəyən sahibkarlıq subyektlərinin sayının keçən ilin eyni dövrü ilə müqayisədə 24 min artdığını və hazırda 96 mindən çox olduğunu söyləmişdi.(Müqayisə üçün deyək ki, ümumilikdə, Azərbaycanda 1 milyon nəfər sahibkarlıqla məşğul olur-A.B.). Deməli, burada artıq xoruzun quyruğu görünməyə başlayır. Beləliklə, ölkə səlahiyyətlilərinin qürurla söylədikləri «işgüzar fəaliyyət parametrləri»nin mənbəyi ortaya çıxır. Ölkədəki maaş və müavinətlərin əlavə 24 min sahibkarlıq subyektindən yığılan vergi hesabına ödəniləcəyi məlum olur. Maraqlıdır, bu vergi ödənişlərində hər hansı bir sapıntının və vergidən yayınmanın olmayacağına kim zəmanət verir? Əgər bunlar baş verəcəyi təqdirdə, ölkədəki müaviənt və maaşlar hansı vəsait hesabına ödəniləcək?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Xalqımızın halal haqqı
5 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info