Yaylaqlarda səyyar baytar xidməti göstərilir
Tarix: 02.08.2019 | Saat: 01:59:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən yaylaqlara köç edən və qayıdan, eləcə də yaylaq və qışlaqlarda olan fermer təsərrüfatları üçün səyyar baytarlıq xidməti təşkil edilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, səyyar baytarlıq xidmətinin əsas məqsədi, heyvanların və quşların sağlamlıq durumunun müəyyənləşdirilməsi, lazım gəldiyi təqdirdə çimizdirilməsi, ilkin baytarlıq yardımlarının göstərilməsi, heyvan sahibləri arasında maariflənmə işinin təşkili, sahibkarlara, çobanlara və naxırçılara tövsiyələrin verilməsidir.
AXA-nın mütəxəssisləri tərəfindən fermerlərə heyvanların mövsümə uyğun xəstəliklərdən qorunması, saxlanması və otarılmasına dair müvafiq məsləhətlər verilir, heyvan xəstəliklərinin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları göstərilir. Eləcə də zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrasının zəruriliyi, mövsümlə əlaqədar baş verən xəstə¬liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər izah olunur. Xidmət çərçivəsində yerli baytar həkimləri ilə də görüşlər keçirilir və onlara yeni müalicə üsulları barədə məlumat verilir.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Ata və oğulun uyuduğu iki yanaşı məzar
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
11.08.2020
Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info