“Azərbaycan Tingçilər Assosiasiyası” yaradılıb
Tarix: 02.08.2019 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Ölkədə tingçiliklə məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Kənd Təsərrüfatı, eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə “Azərbaycan Tingçilər Assosiasiyası” İctimai Birliyi təsis olunub.
Trend-in məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində hər iki nazirliyin nümayəndələrinin, tingçiliklə məşğul olan fermerlərin iştirakı ilə təsis yığıncağı keçirilib.
“Azərbaycan Tingçilər Assosiasiyası”nın əsas məqsədi tingçilikdə yeni texnologiyaların istifadəsi ilə bu sahənin inkişafına nail olmaq, tinglərə olan tələbatı yerli istehsal hesabına təmin etməkdir.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Araz İsmayılov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ildə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən tingçiliklə bağlı assosiasiyaların yaradılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Bildirib ki, son dövrlərdə ölkədə fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. Şöbə müdiri əlavə edib ki, Assosiasiyalar aqrar sahənin davamlı inkişafında mühüm rol oynaya və öz töhfələrini verə bilər. Azərbaycanın tingçiliklə bağlı qədim ənənəyə və təcrübəyə malik olduğunu deyən şöbə müdiri vurğulayıb ki, yeni yaradılan Assosiasiya bu sahənin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək: “Uzaq və yaxın keçmişə nəzər salanda məlum olur ki, qədim dövrdən Azərbaycanda tingçiliklə məşğul olublar və indi də bu sahədə fəaliyyət göstərənlər var. İnnovativ texnologiyaların tətbiqi ilə ölkədə tingçiliyi inkişaf etdirmək, Azərbaycana məxsus tinglərin qorunub saxlanılması və çoxaldılmasına nail olmaq əsas məqsədlərdəndir. Ümid edirəm ki, Assosiasiya öz fəaliyyətini elmi-tədqiqat nəticəsində əldə olunmuş tinglərin yayılması və daha çox istifadəsi istiqamətində quracaq, tingçiliklə məşğul olan gənc fermer nəslinin formalaşmasına şərait yaradacaq”.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayev bildirib ki, ölkədə tingçiliyin inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələr qoyulub. Azərbaycanda bu sahənin inkişafı üçün davamlı dövlət dəstəyinin göstərildiyini deyən şöbə müdiri əlavə edib ki, Assosiasiya bu istiqamətdə öz töhfəsini verə bilər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin meşə tingliyi və toхumçuluğu sektorunun müdiri Rəhim İbrahimov çıxış edib. O qeyd edib ki, Assosiasiyanın fəaliyyəti ölkədə yeni tingçilik təsərrüfatlarının yaranmasına səbəb olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi hesab edir ki, yeni Assosiasiya tingçilikdə idxaldan asılılığın aradan qaldırılmasında da əhəmiyyətli rol oynayacaq.
Tədbirdə tingçiliklə məşğul olanlar çıxış edərək “Azərbaycan Tingçilər Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.
Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. İclasda 7 üzvdən ibarət olmaqla İdarə Heyətinin tərkibi formalaşdırılıb. Zəfər Novruzov Assosiasiyanın İdarə Heyətinin sədri, Məhəmməd Bazarov isə İdarə Heyətinin sədrinin müavini seçilib.
Sonda Assosiasiyanın gələcək fəaliyyəti və tingçiliyin inkişafı ilə bağlı müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info