Nazir Mehmet Cahit Turhan: “Sərnişinlər Ankaradan Bakıya qatarla birbaşa səyahət edə biləcəklər“
Tarix: 06.08.2019 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın APA-ya müsahibəsini təqdim edirik:
- Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin 2017-ci ildə Bakıda baş tutan açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bu tarixi İpək Yolunun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsi olacağını bildirmişdi. Bu mövzuda Türkiyə tərəfin mövqeyi necədir?
- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini Çin tərəfindən irəli sürülmüş “Bir Kəmər - Bir Yol” layihəsi ilə birlikdə qiymətləndirərdim. 2015-ci ilin mart ayında açıqlanan layihə Asiya, Avropa və Yaxın Şərqi birləşdirən nəhəng infrastruktur, nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsi yaratmağı hədəfləyir. Ölkələrimizin artan ticarət həcmindən və investisiya mühitindən daha çox qazanmasını təmin etmək üçün əsas nəqliyyat dəhlizlərinə qoşulmalı və nəqliyyat infrastrukturlarımızı bu baxımdan ələ almalıyıq.
Türkiyə "Orta Dəhliz" adlandırılan Çin - Mərkəzi və Qərbi Asiya dəhlizi üzərindədir. Türkiyənin mövqeyi belədir ki, “Bir Kəmər - Bir Yol” layihəsi ilə bağlı aktiv siyasət aparılmalıdır. Türkiyə “Yeni İpək Yolu” layihəsi adlandırılan Orta Dəhlizdə Şərqlə Qərb arasındakı mövcud xətləri tamamlamaqda və təhlükəsiz səfərlər təşkil etməkdədir.
17 ildir, ölkəmizin nəqliyyat siyasətinin əsas istiqaməti Çindən Londona fasiləsiz çatdırılmanı təmin etmək üçün genişmiqyaslı infrastruktur sərmayələri reallaşdırmaqdır.
Bu layihə yalnız 3 ölkəni birləşdirmir. İngiltərəni, Fransanı, Belçikanı, Almaniyanı, Avstriyanı, Macarıstanı, Serbiyanı, Bolqarıstanı, Türkiyəni, Gürcüstanı, Azərbaycanı, Qazaxıstanı, Türkmənistan və Çini bir-birinə bağlayır.
Bakıdan Qarsa qədər olan 829 km dəmir yolu xətti Xəzər Tranzit Orta Dəhliz xəttinin önəmli hissəsini tamamlayır. Ancaq bu layihənin əhəmiyyəti qarşıdakı illərdə daha aydın anlaşılacaq. Çünki bu gün Çinlə Avropa arasındakı ticarət dövriyyəsi gündəlik 1,5 milyard dollar həcminə çatıb. Bu ticarət axınının artaraq 5-6 il ərzində gündəlik 2 milyard dolları aşması gözlənilir.
- BTQ xətti üzrə indiyədək nə qədər yük daşınıb? Bu ilin sonuna və ortamüddətli perspektivdə yükdaşımalar üzrə proqnozunuz necə olacaq?
- BTQ xətti fəaliyyətə başladığı gündən indiyədək 3527 vaqonla 210 min ton yük daşınıb. Daşınmalar artmaqdadır. BTQ dəmiryolu xəttində qısa müddətdə 1 milyon ton, orta müddətə 3 milyon ton, uzun müddətə isə 6 milyon 500 min ton yükün daşınması nəzərdə tutulub.
- Hazırda bu dəmir yolu ilə sərnişindaşıma istiqamətində hazırlıq işləri aparılır. Bu prosesə nə vaxtdan başlanılacaq?
- Əslində bu xətlə sərnişindaşıma mərhələsi başlanmış vəziyyətdədir. Hətta BTQ sərnişin qatarının qiymət tarifi də müəyyənləşdirilib, dekontlaşma təlimatları (təhlükəsizlik təlimatları-red.) hazırlanıb Azərbaycan və Gürcüstan tərəfinə verilib.
- Bakıdan Qarsa və əks istiqamətdə bilet neçəyə olacaq?
- Aprel ayında bu məsələ ilə bağlı bir toplantı oldu. Əlaqədar tərəflər bir araya gələrək qiymətləri müzakirə etdilər. Lüks və komfort vaqonlar üçün ayrı-ayrılıqda orta qiymət müəyyənləşdirilidi. Lüks vaqonlarda bir yerin qiyməti 798, komfort vaqonlarda isə 621 Türk lirəsi məbləğində təklif edilib. Amma bu tariflərin bir daha müzakirə olunması planlaşdırılır.
- Bakı-Ankara xətti nə zaman tam istifadəyə veriləcək? Qatar Ankaraya bir başamı gedəcək, yoxsa sərnişinlər Qarsda qatar dəyişəcək?
- Bakı-Ankara qatarı tək qardaş Azərbaycan xalqının deyil, bizim vətəndaşlarımız tərəfindən də böyük maraqla gözlənir. Bu məqamı da ölkələrimizin vətəndaşlarına söyləməkdən qürur duyuram: BTQ xəttində istifadə ediləcək vaqonların bojiləri (vaqonların dəmir yol xəttinə uyğunlaşdıran sistem-red.) indi standart və geniş texniki xüsusiyyətlərə malikdir. Buna görə də sərnişinlər Ankaradan Bakıya və əks istiqamətdə birbaşa səyahət edə biləcəklər. Xətt tam hazır olduqda hər 3 ölkənin vətəndaşlarına məlumat veriləcək.
BTQ dəmiryolu ilə ölkələrimiz arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələri daha da inkişaf edəcək. Bu xətt ticarəti də inkişaf etdirəcək.
Bu layihələrin əksəriyyəti tarixi İpək Yolunun dirçəldilməsi və Avropanın tranzit nəqliyyat şəbəkələrinin Orta Asiya və Cənubi Asiya ilə Çin, Pakistan və Hindistanla birləşdirilməsi baxımından bölgədəki ölkələrin əhəmiyyətini daha da artıracaq. Nəqliyyat sektoru Türkiyənin Azərbaycan, eləcə də bütün Orta və Şərqi Asiya coğrafiyası ilə ticarətini canlandıracaq ən önəmli mexanizm rolunu oynayacaq. Türkiyənin 2023-cü il hədəflərindən biri də Azərbaycanla əlaqələrini daha da inkişaf etdirməkdir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
23.09.2020
Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir
21.09.2020
Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə necə hazırlaşıb?
16.09.2020
“Azərbaycan öz məmləkətimizdir“
16.09.2020
Sığorta bazarını necə inkişaf etdirmək olar?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
2 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
3 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
4 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
5 Tanınmış rusiyalı kardioloq: Təzyiqi salmaq üçün bu 2 məhsuldan imtina edin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info