Baramaçılığın inkişafı kənd əhalisi üçün əlavə qazancdır
Tarix: 06.08.2019 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 200 min ədədə yaxın tut tingi əkilib. 2016-cı ildə rayonda 2,4 ton, 2017-ci ildə 13 ton, 2018-ci ildə 16 ton 722,9 kiloqram barama istehsal olunub. Bu il isə rayonda 126 kümçü tərəfindən 525 qutu (9975 qram) ipəkqurdu bəslənilib, 17 ton 106,8 kiloqram barama tədarük edilib.
Baramaçılığın bərpası regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Çünki baramaçılığın inkişafı kənd əhalisi üçün əlavə qazanc və yaxşı güzəran deməkdir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.
Ağdam rayon Xındırıstan kənd sakini Yafəs Eyvazov baramaçılığın kənd sakinləri üçün ən gəlirli və əlverişli təsərrüfat sahəsi olduğunu bildirib: “Baramaçılıq çox sərfəli və gəlirli sahədir. Mən də ipəkqurdu bəsləməklə qısa vaxtda 1700 manatdan artıq gəlir əldə etdim. Gələn il barama istehsalını daha da artırmağı planlaşdırıram”.
Rayonun Mahrızlı kəndində məskunlaşan Xocalıdan olan məcburi köçkün Eldar Mirzəliyevin ailəsi də iki ildir ipəkqurdu bəsləyir. “Bu il üç qutu ipəkqurdu bəsləyib 150 kiloqram məhsul tədarük etdik. Bir ayın zəhmətinin müqabilində ailə büdcəmizə 1350 manat vəsait daxil oldu. Bu isə bizi qane edir. Ölkəmizdə baramaçılığın yenidən inkişaf etdirilməsinə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm, - deyə o qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info