Nəsimi rayonunda səyyar qəbul keçirilib
Tarix: 07.08.2019 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq və Vaqif prospektləri, Bakıxanov küçəsi, Q.Quliyev küçəsi və digər ünvanların sakinlərinin müraciətləri dinlənilmişdir.
Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, ağacların budanması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin pilot layihəyə salınması, su xəttinin təmir olunması, həyətin abadlaşdırılması barədə müraciətlər etmişlər.
Qəbul zamanı sakinlər Prezident İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlarının, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlərin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş, atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumatlar verilmiş, sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.
Nigar





 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib-FOTOLAR
08.08.2020
Azərbaycanda daha 360 nəfər COVID-19-dan sağalıb, 105 nəfər yoluxub, 5 nəfər vəfat edib
08.08.2020
Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq
07.08.2020
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
07.08.2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
3 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
4 İspaniyaya turist axını 70 faizdən çox azalıb
5 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info