Naxçıvan Avtovağzalında müasir rentgen-nəzarət qurğusu quraşdırılıb
Tarix: 07.08.2019 | Saat: 15:41:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində müasir rentgen-nəzarət qurğusu quraşdırılıb.

Komitədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bundan sonra Naxçıvandan Bakıya gedən avtobuslara gömrük nəzarəti Avtovağzal Kompleksində həyata keçiriləcək.
Sadələşdirilmiş gömrük nəzarəti qaydaları əsasında Naxçıvandan Bakıya hərəkət edən sərnişin avtobusu avqustun 6-da ilk dəfə olaraq Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük yoxlamasından keçirilib. Sərnişinlərə məxsus əl yükləri müvafiq birkalarla təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı altında yola salınıb.
Avtobusla Bakıya getmək istəyən Ordubad və Culfa rayon sakinlərinin isə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksinə gəlmələrinə ehtiyac yoxdur, onların əl yükləri Culfa Gömrük Postunda gömrük nəzarətinə cəlb olunacaqlar.
Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonasının yaradılması əhali tərəfindən razılıqla qarşılanıb.
Avtobus sürücüləri və vətəndaşlar yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri gömrük münasibətlərinin də inkişafında özünü göstərir. İndi Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar İran ərazisində əlavə gömrük yoxlamasına cəlb edilmir. Beləliklə, avtobusların gömrük postlarından sürətli keçidi təmin olunur. Bu vaxta qədər İran İslam Respublikası üzərindən Naxçıvandan Bakıya hərəkət edən sərnişin avtobusları 12 saat yolda olurdularsa, indi bu müddət 8 saat təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info