AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi
Tarix: 07.08.2019 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) uzun illərdir ki, dəyişməyən sədri Əli Kərimli sosial şəbəkələrdə anormal bir paylaşım edib. “Facebook”dakı həmin paylaşımın anormallığı ondadır ki, Dağlıq Qarabağın azad olunmasının yeganə yolu kimi o, özlərinin hakimiyyətə gəlməsini irəli sürür, yəni ölkədə “xalq hakimiyyəti” qurulandan sonra bu mümkün olacaq. Əlbəttə, radikal müxalifət partiyası olaraq AXCP-nin uzun illərdir ki, ortaya absurd fikirlər, iddialar atması normal qarşılanmalıdır. Guya Azərbaycanda xalqın dəstəklədiyi hakimiyyət yoxdur, guya ölkədə demokratik dəyərlər əzilir və s. Amma xalq dəyərləndirmədiyi, seçmədiyi hakimiyyəti bir gün də idarəçilikdə saxlamazdı. Bunu müxalifətdə olanların hər biri gözəl anlayır. Keçək əsas məsələyə ki, Əli Kərimlinin bir vaxtlar təmsil etdiyi AXC-Müsavat hakimiyyətinin ən böyük faciəsi, bəlası kimi ortaya çıxan torpaq itkisi məsələsini AXCP sədri indi necə maskalanmaqla şouya çevirir. AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi. Öncə onu deyək ki, nəinki 90-cı illərin canlı şahidi olan orta və yaşlı nəslə, tarixçilərə və ya elə müxalifətçilərin özlərinə, eləcə də o illəri görüb dərk etməmiş indiki gənc nəslin böyük hissəsinə gün kimi aydındır ki, Qarabağın işğalının əsas səbəbkarlarından biri məhz Əli Kərimli və onu dəstəkləyən köhnə məmurlardır... Həmin eks-məmurlar ki, ölkədə xaos yaratmaqla torpaqları “hərraca” çıxararaq, ermənilər üçün ideal şəraitlər yaratmaqla, ordumuzu məhv etməklə, bu ölkəni ən azı yüz il geri atdılar. Uzağa getməyək, elə təxminən iki ay öncə keçmiş baş nazir Surət Hüseynovun AXC-Müsavat hakimiyyətinin indiki müxalifətdə olan nümayəndələrinə təhqirlər və ciddi ittihamlarla dolu səs yazısı yayıldı ki, burada da bütün situasiya aşkar qeyd edilirdi. Yəni Surət Hüseynov açıq-aşkar deyirdi ki, “mən ixtiyarımda olan qoşunları ermənilərin üzərinə aparanda siz arxadan məni vururdunuz! Mən torpaqları ala-ala gedəndə siz Bakıdan ermənilərlə mehribanlıq göstərib atəşkəs filandan dəm vururdunuz və s.”. Bütün bunları bir daha xatırlatmaqda məqsədimiz budur ki, AXCP sədrinin indi durub belə populist çıxışlar etməsi heç də səmimi görünmür, elə öz keçmiş dostlarının dilindən onun və komandasının bir vaxtlar Qarabağı necə “hərraca” çıxarması çox gözəl izah edilib... Qarabağın azadlığını Bakıda “görən” Əli Kərimli həmin dilbər guşələri siyasi oyunların qurbanına çevirib işğalda xaraba qoyduqdan sonra indi də deyəsən Bakını hədəfləyib... Amma bu dəfə niyyət və hədəfləriniz, arzu və istəkləriniz keçməyəcək. Çünki xalq artıq bir dəfə imperiyanın dağılmasından sonra təsadüfi siyasətçilərə, demokratiyadır düşünüb, meydan verdi, ikinci belə şans olmayacaq. Çünki indiki kimi, o dövrdə də xaos, dərəbəylik, radikallıqla demokratiyanı səhv salmışdınız.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”
02.12.2019
Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”
29.11.2019
Ermənistandan Rusiyaya köçənlərin sayı artıb
27.11.2019
Ermənistanın borc yükü artır: Dünya Bankının növbəti krediti hara xərclənəcək?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11398

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info