“Tarixin sürprizlərinə hazır olmalıyıq”
Tarix: 08.08.2019 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

“Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın ilhaqı ilə bağlı son açıqlamasına bir neçə aspektdən yanaşmaq olar”.
Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, əvvəla, sual yaranır ki, Paşinyan “Dağlıq Qarabağın Ermənistan olması” barədə açıqlamasını niyə İrəvanda yox, məhz Xankəndidəki mitinqdə dilə gətirdi? Bəllidir ki, onun hakimiyyətə gəlməsindən sonra Dağlıq Qarabağ mənşəli bir çox məmurlar, yüksək rütbəli zabitlər işdən qovulub, hətta bəziləri həbs edilib: “Nəticədə, regionla rəsmi İrəvan arasında ciddi narazılıq yaranıb, baş nazirin mövqeyi Dağlıq Qarabağda çox zəifdir. Odur ki, Paşinyan özünü separatçıları daha çox dəstəkləyən, bu məsələdə güzəştə getməyən, barışmaz adam kimi göstərmək üçün belə bəyanat verir. Digər tərəfdən də bu çıxışı ilə özü-özünü ifşa edir. Xatırlayırsınızsa, bir qədər əvvəl deyirdi ki, o, Dağlıq Qarabağ adından danışa bilməz! Deməli, onun əvvəlki açıqlamaları yalan və cəfəngiyatdan başqa bir şey deyilmiş. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistan danışıqları uzadır, işğalçı siyasətindən əl çəkmək istəmir, beynəlxalq ictimaiyyəti aldadır və s. Paşinyanın son açıqlaması Azərbaycan rəsmilərinin bu fikirlərinin doğru olduğunu sübut etdi. Paşinyanın bəyanatı ATƏT-in Minsk qrupunun fəaliyyətinə də hörmətsizlikdir. Azərbaycan cəmiyyəti haqlı olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin bu açıqlamaya münasibətini gözləyir. Təbii ki, həmsədrlər Dağlıq Qarabağın ilhaqı ilə bağlı beynəlxalq hüquqa zidd olan belə bəyanatı qəbul edə bilməzlər. Digər tərəfdən, Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə heç vaxt barışmayacaq və barışa da bilməz. Sadəcə, daimi olaraq hərbi gücümüzü artırmalı, sabitliyi qorumalı, dövləti möhkəmləndirməli və tarixin sürprizlərinə hazır olmalıyıq”.
Gülyanə




 
Müəllifin son yazıları

26.07.2019 “Vizanın ləğvi Türkiyə ilə əlaqələrimizi daha da möhkəmləndirəcək”
16.07.2019 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
22.04.2019 Tarixin ibrət dərsləri...
11.03.2019 İstedadlı şagirdləri necə qoruyaq?
07.01.2019 Şərhçilərin regionlar üzrə ixtisaslaşması zəruridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info