Ermənistanda hərbi xidmətdən yayınma halları artıb
Tarix: 09.08.2019 | Saat: 13:19:00 | E-mail | Çapa göndər



Ermənistanda hərbi xidmətdən yayınmaq üçün rüşvət halları kəskin artıb. Erməni KİV-ləri xəbər verir ki, bu məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb.

Qeyd olunur ki, orduya çağırış üzrə tibbi komissiyanın üzvlərinin və hərbi komissarlıqların zabitlərinin çağırış yaşına çatmış şəxslərdən yüksək məbləğdə rüşvət alaraq, sağlamlıq vərəqələrini saxtalaşdırdıqları müəyyən edilib. Onlar bu yolla həmin şəxslərin hərbi xidmətə çağırış müddətini təxirə salıblar.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları çoxlu sayda bu cür faktlar aşkar ediblər və hərbi komissarlıqların bir neçə zabiti həbs olunub. İri məbləğdə rüşvət almaqda təqsirləndirilən zabitlərdən biri hərbi komissarlığın digər iki keçmiş əməkdaşı ilə cinayət əlaqəsinə girərək hərbi komissiyanın üzvlərini də bu əmələ cəlb edib. Cinayətkar dəstə 9 çağırışçı və 4 hərbi mükəlləfiyyətli şəxsin sənədlərini saxtalaşdırıb və onlara hərbi xidmətdən möhlət əldə etməyə kömək ediblər. Həmin şəxslərdən bunun müqabilində 2 mindən 15 min dollaradək rüşvət alınıb.
Bildirilir ki, bütün bu faktlar üzrə Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi qaldırılıb və cinayətkar qrupun üzvlərinə qarşı ittiham irəli sürülüb. Onların hamısı həbs edilib.




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var
04.08.2020
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru dəyişdirilə bilər
03.08.2020
Simonyan Paşinyanı mankurt kimi təqdim edib
03.08.2020
Ermənistanda COVID-19-dan ölənlərin sayı 762 nəfərə çatıb
03.08.2020
GAMAC-dan Azərbaycana dəstək bəyanatı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11583

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info