“Paşinyan dövlət maşınını idarə edə bilmir”
Tarix: 09.08.2019 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Görəsən, Paşinyan əsassız ifadələr və söyüşlər işlətməkdən başqa heç bir şeyə yaramadığını bilirmi?”


Tarixin bütün dövrlərində populist rejimlər qüsurlu işləməsi ilə xarakterizə olunublar. Ermənistanda bir il üç ay ərzində bu çatışmazlıq özünü əyani şəkildə büruzə verməkdədir.
Bu gün Ermənistanda ictimai həyatın bütün sahələrində yaranan durğunluq, Nikolun xalq qarşısında “alovlu” çıxışları ilə kompensasiya olunmaqdadır. Etiraf edilməlidir ki, həyatın günü-gündən bahalaşdığı və iqtisadiyyatı yerində sayan ölkədəki sosial vəziyyət kütləvi iğtişaşların astanasındadır.
“Bu gün ermənilər dövlət aparatında çalışınların ölkənin inkişaf proqramlarına xidmət etmədiyini, sadəcə olaraq, bir adamın-Paşinyanın səthi dünyagörüşündən irəli gələn tapşırıqlarına, funksional imkansazlığına xidmət etdiyini açıq şəkildə görürlər”. Qeyd edilməlidir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Qolos Armenii” saytına verdiyi açıqlamaların birində bildirib.
Qeyd edək ki, “funksional imkansızlığ”ı indiki hökumətin dəqiq diaqnozu kimi təqdim edən sayt xəstəliyin səbəblərini başa düşməyə çalışır: “Bu gün Paşinyan dövlət maşınını idarə edə bilmədiyini yaxşı bilir. Buna baxmayaraq, o, xalq arasında “alovlu” çıxışları ilə, özündən əvvəl edilən hər şeyi ləkələmək cəhdlərini ilə çıxış yolu tapmağa çalışır. Paşinyan hər vəchlə ondan əvvəl ölkədə mövcud olanların əksəriyyətinin işlək olmadığını xalqla yanaşı, elə özünə də sübut etməyə çalışır. Onun xalqı ”ağ və qara”lara bölməsi , bəlkə də elə bundan irəli gəlirdi.
Sayt Paşinyanın özünün də anladığı kimi, vəziyyətin yalnız “başqa planetdəki qüvvələrin” köməyi ilə düzəldilə biləcəyinə ümid etdiyini yazır. Saytın fikrincə, Nikol hələ də əlindəki “sehirli çubuğa” olan inamını itirməyib.
Erməni baş naziri tənbəllikdə günahlandırmaqdan uzaq olduğunu, ökədəki vəziyyəti düzəltmək üçün çalışmağa hazır olduğunu bildirən sayt, amma onun acizliyini, bu işləri necə həyata keçirməkdə səriştəsiz olduğunu etiraf etmək məcuriyyətində qalır: “Bu gün baş nazir siyasi sahədə böyük uğursuzluqlar yaşayır. Bundan əlavə o, yaxın gələcəkdə ümumi istehza və uğursuzluqlarla qarşılaşacağını da gözə alıb. “Qafqaz pələngi” (?) fenomenini təkrarlaya bilməyəcəyini anlayan Paşinyan, görən, artıq ictimaiyyətdə əsassız ifadələr və söyüşlərdən başqa heç bir şeyə yaramadığını bilirmi? Məyusluq, müəyyən hədəflərə qarşı keçilməz maneələr olduqda meydana gələn uğursuzluqların yaşandığı bir ruhi vəziyyətdir, bu, psixoloji stressin növlərindən biri kimi qəbul edilə bilər. Qeyd edək ki, bu diaqnoz Paşinyan kimi populist rejimlərin liderləri üçün çox səciyyəvidir”.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var
04.08.2020
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru dəyişdirilə bilər
03.08.2020
Simonyan Paşinyanı mankurt kimi təqdim edib
03.08.2020
Ermənistanda COVID-19-dan ölənlərin sayı 762 nəfərə çatıb
03.08.2020
GAMAC-dan Azərbaycana dəstək bəyanatı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11583

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info