Aqrar sahədə təlimçilər üçün təlim layihəsinə start verilib
Tarix: 09.08.2019 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi ilə “MS Professional Trainings and Career Center” MMC şirkəti arasında bağlanmış müqavilə əsasında Nazirliyin Mərkəzi Aparatının Təhsil və təlim şöbəsinin təşkilatçılığı ilə ölkə üzrə aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsinə start verilib.
Bu ilin avqustun 1-dən başlayan layihə çərçivəsində aqrar sahənin əsas istiqamətləri üzrə120 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulur. Bunun üçün ilk növbədə 220 nəfərdən artıq mütəxəssislə görüş keçiriləcək, namizədlərin motivasiya və təlimçilik bacarıqları dəyərləndiriləcək.
Artıq təlimçiliyə namizədlərlə görüşlərə başlanıb və ilkin seçim mərhələsi davam edir.
Seçim turundan sonra həmin mütəxəssislərə təlimçilər üçün təlim proqramı tədris olunacaq. Təlimlər yekunlaşdıqdan sonra hazırlanmış təlimçilər öz ilkin təlimlərini hazırlayacaq. Bu təlimlər peşəkar təlimçilər tərəfindən qiymətləndiriləcək.
Təlim və təhsil şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyinin təlimçi və təlim bazasını möhkəmləndirmək, aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq, nazirliyin və fermerlərin gələcək təlim ehtiyaclarını daxili imkanlar hesabına təmin etməkdir.
Bununla yanaşı, layihə çərçivəsində nazirliyin agroinfo.aztəlim portalının imkanlarının genişləndirilməsi, onlayn təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Layihə çərçivəsində həmçinin, yeni təlim qiymətləndirmə və dəyərləndirmə mexanizmi və təlimçilər üçün yaddaş kitabçası hazırlanacaq.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info