Azərbaycan İlahiyyat İnstitutunda seminar: İslamda qurban ibadəti
Tarix: 09.08.2019 | Saat: 20:30:00 | E-mail | Çapa göndər



Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslamda qurban ibadəti” mövzusunda seminar keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov seminarın mövzusunun Qurban bayramı ilə bağlı olduğunu deyib və institutda bu cür maarifləndirici tədbirlər keçirilməsinin ənənə halı aldığını söyləyib.
Sonra əlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslamda qurban ibadəti” mövzusunda çıxış edib və bayram haqqında ətraflı məlumat verib. O, Qurban bayramının tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, İslamdan əvvəl də qurbankəsmə mərasimi bütün dinlərdə mövcud olub.
Qeyd edilib ki, İslam dünyasının müqəddəs mərasimlərindən sayılan Qurban bayramı bütün müsəlman ölkələrində xüsusi təntənə ilə keçirilir. “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Bu bayramın məqsədi xeyirxahlıq, paklıq, Allaha inam və sevgidir. Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini aztəminatlı ailələrlə bölüşmək, onları sevindirmək, insanları həmrəyliyə, dostluğa, qardaşlığa, halallığa, paklığa səsləmək bayramın mahiyyətini təşkil edir.
Əhməd Niyazov Qurban bayramının müsəlmanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını vurğulayıb. İctimai sosial ədalət baxımından bu bayramı insanlar üçün bir fürsət kimi dəyərləndirib.
Seminar müzakirələrlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
23-24 iyul tarixlərində keçirilən imtahanların nəticələri elan olunub
10.08.2020
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
10.08.2020
Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər
10.08.2020
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı
10.08.2020
Peşə təhsili üzrə köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info