Hacıqabullu fermer təsərrüfatında Hələb keçiləri saxlayır
Tarix: 10.08.2019 | Saat: 11:45:00 | E-mail | Çapa göndər



Hacıqabul rayonunun Meyniman kəndində yaşayan Cavid Mürvətli baxımı asan olan və çox gəlir gətirən Hələb keçisi təsərrüfatı yaratmaqla, iki il ərzində keçilərin sayını dörd dəfədən çox artıraraq 45 başa çatdırıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həm xarici görkəminə və həm də digər xüsusiyyətlərinə görə yerli keçilərdən fərqlənən Hələb keçilərinin əti və südü çox qiymətlidir.
Hələb keçisinin əsas xüsusiyyəti 2-5 litr süd verməsidir. Keçi südü ana südünə ən yaxın süddür və buna görə də bahadır. İldə iki dəfə bala verir, bəzən 1, ya da 4 bala verən keçilər də olur.
Bu keçilər kəskin istilərə və mənfi 10 dərəcəyə qədər olan iqlim şəraitinə davamlıdır, əsasən südünə görə saxlanılır. Hələb keçisinin südü Avropa keçilərinin südündən yağlılığına görə 2 dəfə artıq, 5,9 faizə qədər yağlı ola bilir. Əlbəttə, bu qidalanmadan və laktasiya dövründən asılı ola bilir. Əti də çox ləzzətlidir.
Heyvanları Azərbaycan bazarında 500 manat civarında əldə etmək olur. Südü pərakəndə halda 3 manata, topdan isə 2-2,5 manata satılır. Yay aylarında keçinin südünü əsasən dondurma hazırlayanlar alır. Həmçinin pendir düzəltmək də olur.
Hələb keçilərinin qulaqları digərləri ilə müqayisədə daha uzundur. Uzun və nazik qulaqlar vasitəsilə beyinə gedən qan sirkulyasiya olaraq soyuyur və istilərdə keçilərin başının soyuq saxlanmasına xidmət edir. Burunlarının donqar olması isə nəfəsalmanı asanlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info