Radikallar dövlətin mənafelərini, vətəndaşların hüquqlarını qoruyan polisdən nə istəyirlər?
Tarix: 10.08.2019 | Saat: 12:12:00 | E-mail | Çapa göndər



Polisin vətəndaşları təhlükədən xilas etməsinə aid yüzlərlə faktlar var


Uzun illərdir ki, radikal müxalifət partiyaları, eləcə də ayrı-ayrı müxalif düşüncəli şəxslər bir sıra məsələlərdə ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edirlər. Cəmiyyətdə hakimiyyətə qarşı qıcıq, aqressiya yaratmaq istəyən, əslində isə heç bir fakta əsaslanmadan, ümumi sözlərlə hadisələri nəql edən radikal müxalifətçilər bu gün də həmin düşüncə tərzində qalırlar. Məsələn, son zamanlar radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yaymasının şahidi oluruq. Təbii ki, sosial şəbəkələrdə daha çox bu tip anormal, heç bir fakta əsaslanmayan məlumatların yayılması narahatlıq doğurmaya bilməzdi. Çünki insanların beynini doldurmağa, kütləni kin, qəzəb ruhunda formalaşdırmağa hesablanmış belə gedişlər cəmiyyətimizdə narazılıqla qarşılanır. Yəni hər kəsə bəllidir ki, polis orqanları daim öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insanların qanuna uyğun davranışını təmin edir. Hətta bir çox hallarda biz polisin xidməti borcuna, fəaliyyət dairəsinə aid olmayan bir sıra qəhrəmanlıqları və davranışlarını da müşahidə etmişik. Sadə bir misal kimi, illər öncə hər kəsi üzən qəza-Binəqədidəki bina yanğını zamanı yanğınsöndürənlərlə bərabər polis işçilərinin də, alovdan heç bir qoruyucu vasitə və geyimlərinin olmadığı halda, yanan binaya daxil olub xeyli insanın həyatını xilas etməsini göstərə bilərik. Bununla bağlı sosial şəbəkələrdə məşhur bir foto da paylaşılaraq insanlarda polisə olan rəğbət hissini birə-beş artırdı. Bu foto əlində körpə bir uşaqla tüstü və alovdan çıxıb qaçan polis işçisinə aid idi. Uzağa getməyərək, elə bir neçə gün öncə ticarət mərkəzlərindən birində polis işçilərinin də, həyatlarını təhlükəyə ataraq, insanların həyatını xilas etməsi ilə bağlı görüntülərin yayılmasını nümunə göstərə bilərik. Azərbaycan polisi yalnız iş başında deyil, işdən kənarda da insanların həyatına yaranan təhlükələri dəf edir. Bununla bağlı da onlarla misal göstərmək olar. Təxminən bir il öncə hamını məyus edən və sosial şəbəkələrdə, mətbuatda yayılan bir xəbəri xatırlatmaq yerinə düşərdi. İstirahət edərkən dənizdə batan uşaqları xilas edən polis serjantı sonda özü dünyasını dəyişmişdi. Yəni bu və digər məsələlərlə bağlı nəinki onlarla, yüzlərlə, minlərlə misallar göstərmək olar ki, polis vətəndaşı qoruyur, yanındadır, cinayətkarları, təhlükəni, qəzalar zamanı baş verə biləcək ağır faciləri önləyir. Polis orqanları bu gün radikalların uydurdğu kimi, hansısa mənfi fəaliyyətlə deyil, təhlükəsizliyin təmini, operativ davranışlar ilə insanların könlünü fəth edirlər! Bir anlıq təsəvvür etsək ki, polislərin öz işlərinə biganə yanaşması, iş başında olmaması hansı faciələrə gətirib çıxarar, o zaman bu dövlət qulluqçularının iş və fəaliyyətlərinin cəmiyyətimiz üçün nə dərəcədə vacib olduğunu görərik... Cinayətkarlıq artar, 90-cı illərin əvvəllərində olduğu kimi hər tində bir hadisə baş verər, yollarda o qədər qəzalar olar ki, sayı bilinməz. Yəni bütün bunları ona görə sadalayıb, xatırladıb vurğuladıq ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da polis vətəndaşların təhlükəsizliyinin təminatında qarant rolunu oynayır, başımıza bir iş gələndə ilk qaçdığımız yer məhz hüquq- mühafizə xidməti orqanlarının ünvanları olur! Elə radikalların özləri, yaxınları da başlarına bir hadisə gələrsə, heç şübhəsiz ki, yardımı məhz polisdən istəyirlər! Bəs bu son günlərdə anormal mövqenin ortaya çıxmasının səbəbi nədir? Çünki indi radikal müxalifətin tənqid edə biləcəyi mövzu yoxdur. Mövzu tapmayanda uydurmalar, dezinformasiyalar, gözdənsalma kampaniyaları işə düşür. Müxalifət də gözəl anlayır ki, insanlarımız üzləşdiyi təhlükədən etibarlı müdafiəni məhz polisdə görürlər. Bu etibar ediləcək nöqtəni vurmaq üçün hər cür uydurmalarla kampaniyalar aparmaq isə uğursuzluqla nəticələnməli idi... Necə ki, insanlar bütün bu yazılan və yayılan uydurmalara reaksiya vermirlər, radikallar da daim belə anormal fəaliyyətləri və böhtanları ilə iflasa uğrayacaqlar. Bir daha qeyd edirik ki, əgər hardasa, hansısa bir polis kiminləsə bir qədər kobud və ya əsəbi davranıbsa, bu əksər polis əməkdaşlarının işinin gərginliyindən xəbər verir. Amma radikal müxalifətin uydurduğu məsələlərdə isə ümumiyyətlə, polis adına ləkə gətirməyə cəhddən başqa heç nə görünmür... Çünki polis daim insanların qanunauyğun davranışını təmin etməklə məşğul olub, radikal müxalifətçilərə isə qanunauyğun davranmalar sərf etmir. Onlarınkı ancaq küçə aksiyaları, icazəsiz mitinqlər keçirmək, xaos yaratmaq arzusu olub. Amma polisin sayəsində bütün bunlar hələ ki, baş tutmur və təbii olaraq radikallar da öz “qisas”larını, kinlərini bu cür büruzə verirlər...
Tural





 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info