Naxçıvanda hərbi hissə və birləşmələrə bostan-tərəvəz məhsulları təqdim edilib
Tarix: 10.08.2019 | Saat: 12:44:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından 10 tona yaxın bostan-tərəvəz məhsulu Əlahiddə Ümumqoşun Orduya, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına və “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təqdim olunub.

AZƏRTAC-ın Naxçıvan bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülüb, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunub. Hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilib, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılıb. Ordu quruculuğu sahəsində görülən tədbirlər içərisində şəxsi heyətin sağlam qidalanması xüsusi yer tutur. Hərbi hissələrdə ərzaq təminatı yüksək səviyyədə həyata keçirilir. Bununla yanaşı, muxtar respublikada xalq-ordu birliyinin daha bir ifadəsi kimi əhali və ayrı-ayrı təşkilatlar tərəfindən yetişdirilən məhsullar hərbi hissələrə təhvil verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından 10 tona yaxın bostan-tərəvəz məhsullarının hərbi hissə və birləşmələrə təqdim olunması da bu tədbirlərin davamıdır.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev çıxış ediblər. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada ordu quruculuğu sahəsində kompleks tədbirlər görülür. Hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, döyüş hazırlığı artırılır, şəxsi heyətin yaşayış şəraiti yaxşılaşdırılır. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri hərbi hissələri də əhatə edib. Hərbi hissələrə sovqatların verilməsi isə şəxsi heyət tərəfindən yüksək qarşılanır. Kərəm Mustafayev və Şamı Abdullayev göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Sonra bostan-tərəvəz məhsulları hərbi hissələrə təhvil verilib.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info