Lerik: regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı uğurla icra olunur
Tarix: 10.08.2019 | Saat: 18:06:00 | E-mail | Çapa göndər



Lerik Rayon İcra Hakimiyyətində keçirilən hesabat yığıncağında 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrdən danışaraq, bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra olunduğunu, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin reallaşdırıldığını, ümumi iqtisadi vəziyyətin müsbət olduğunu bildirib.
Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramı ölkənin hər yerində olduğu kimi, Lerikdə də uğurla icra edilir. Rayonda yeni infrastruktur yaradılıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilib, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoyub, yeni avtomobil yolları inşa olunub, qaz və su xətləri çəkilib, elektrik təsərrüfatı yenilənib.
Bildirilib ki, 2019-cu ilin birinci yarısında rayonda 976, cümlədən 226 daimi və 750 müvəqqəti iş yerləri açılıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət nəticəsində fərdi yaşayış evləri qəzalı vəziyyətə düşmüş 30 fərdi yaşayış evinin tikintisində son tamamlanma işləri aparılır.
Lerik şəhərinə alternativ su xəttinin və Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. Mastail-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılaraq istifadəyə verilib. 56 kilometrlik Lənkəran-Lerik və 22 kilometrlik Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolunda tikinti işləri sürətlə aparılır. Hər iki avtomobil yolunun asfaltlaşdırılmasına başlanılıb.
Rayonun 50 yaşayış məntəqəsi tam qazlaşdırılıb, cari ildə Peştətük kəndinə qaz xətti çəkilib, Vizəzəmin kəndinin qazlaşdırılmasına start verilib.
İclasda rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun hesabat məruzəsi dinlənilib.
Lerik Rayon Maliyyə İdarəsinin müdiri Elman Abbasov, Rayon Statistika İdarəsinin müdiri Nizaməddin Muradov və Rayon Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov çıxış edərək, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Sonda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info