Artritin müalicəsində kömək edən meyvələr
Tarix: 10.08.2019 | Saat: 19:40:00 | E-mail | Çapa göndər



Böyük Britaniya mütəxəssisləri qeyd edirlər ki, bu meyvələrdən istifadə artritin kəskinləşməsindən müdafiə edir.

AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, mütəxəssislərin rəyi “Daily Express” nəşrində dərc edilib.
Artrit iltihab xarakterli xəstəlikdir, immun sisteminin fəaliyyətində nasazlıq (revmatoidli artrit), yaxud sidik-tənasül, bağırsaq virusu kimi keçirilmiş xəstəliklə (reaktivli artrit) bağlı əmələ gəlir. Mütəxəssislər artrit xəstəliyindən əziyyət çəkən pasiyentlərə bu meyvələri yeməyi məsləhət görürlər.

Qırmızı alma. Məhz qırmızı alma kversetin antioksidantı ilə zəngindir. Kversetin dərinin, oynaq qığırdaqlarının və birləşmələrinin vəziyyətinin yaxşı olması üçün zəruri olan kollagenin - zülalın istehsalında iştirak edir. Kollagen, həmçinin oynaqlarda “amortizator” rolunu oynayaraq, onların zərbə və təzyiqə davamlı olmalarına şərait yaradır. Kversetin almanın qabığında yerləşir, qabığın rəngi nə qədər dolğun olarsa, deməli almada bu element bir o qədər çoxdur.

Avokado. Alimlərin sözlərinə görə, bu meyvənin rasiona daxil edilməsi artritin əlamətlərini nəzərəçarpacaq dərəcədə zəiflədir. Avokado toxumalarda kollagenin miqdarını artırır, iltihabı aradan qaldırır. Mütəxəssislər artritin və artrozun profilaktikası və müalicəsi üçün hər gün azı avokadonun dörddəbir hissəsini yeməyi məsləhət görürlər.

Qarpız. Qarpızın tərkibinin 90 faiz sudan ibarət olması sayəsində o, sidikqovucu vasitə kimi faydalıdır və orqanizmdən zərərli və lazımsız komponentlərin xaric olunmasını aktivləşdirir. Qarpızın tərkibindəki karotinoid və flavonoidlər güclü iltihabəleyhinə xassəyə malikdirlər. Həkimlər artrit və ateroskleroz kimi xəstəlikləri olan pasiyentlərə qarpız yeməyi məsləhət görürlər.

Albalı. Alimlər tərəfindən müəyyən edilib ki, üç həftə ərzində albalı şirəsindən gündə iki dəfə istifadə olunması artritli xəstələrdə iltihab yuvalarını əhəmiyyətli dərəcədə azaldır. Albalı çox güclü antosian antioksidantları ilə zəngindir. Bu maddələr iltihabəleyhinə xassəyə malikdir və ağrı ilə mübarizədə effektlidir.

Çiyələk. Təcrübələr nəticəsində müəyyən edilib ki, həftədə 16 ədəddən çox çiyələk yeyən qadınlarda C-reaktiv zülalın səviyyəsi aşağı düşüb. C-reaktiv zülal iltihabın markeridir, artritin və ürək-damar xəstəliklərinin kəskinləşməsi ilə bağlı onun miqdarı artır.

Ananas. Bu meyvənin lətində oynaqlarda ağrını azaltmaq xassəsinə malik enzim bromelayn saxlanılır. Həmçinin ananasın tərkibində kollagen sintezinin əmələ gəlməsinə şərait yaradan xeyli miqdarda C vitamini mövcuddur. Ananasın orqanizmə faydalı olmasından ötrü həftədə iki dəfə 150-200 qram yemək məsləhət görülür.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Çörək təhlükəli məhsuldur, yeməyin!
21.08.2019
Genetik olaraq yuxusuzluqdan əziyyət çəkənlərdə ürək xəstəlikləri riski artır
21.08.2019
Yuxularınız sizin haqqınızda bunları deyir
19.08.2019
Ziyil insandan insana keçə bilər?
18.08.2019
Təzyiqin qalxmasının əsas 10 səbəbi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info