“Masazırda məcburi köçkünlər üçün binalar müasir standartlar çərçivəsində tikilib”
Tarix: 22.08.2013 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


“Masazır qəsəbəsində məcburi köçkünlər üçün binalar ən müasir standartlar çərçivəsində tikilib”. Bu sözləri “Azadinform”a açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. Qeyd edək ki, Dövlət Neft Akademiyasının yataqxanasında yerləşən bir qrup məcburi köçkün onlara verilən mənzillərin həddən artıq kiçik olmasına etiraz olaraq aksiya keçiriblər. Elçin Qədimov qeyd edib ki, həmin binalar ən böyük kvadratmetrlərlə hesablanmış layihələrdir: “Bina müasir standartlar səviyyəsində tikilib. Daimi olaraq 24 saat isti və soyuq su ilə təchiz olunub. Narazılığın heç bir əsası yoxdur”. E.Qədimov bildirib ki, evlər qanunvericilik çərçivəsində püşkatma yolu ilə verilir. Kimsə artıq mənzil istəyir, amma mənzillər ailə tərkibinin sayına uyğun verilir. 2 nəfərə 1 otaqlı, 3-4 nəfərə 2 otaqlı, 5-6 nəfərə 3 otaqlı, 7-dən çox üzvü olan ailəyə 4 otaqlı mənzil verilir. Bunlar hamısı qanunvericiliklə tənzimlənən işlərdir. Komissiya püşkatma yolu ilə mənzilləri, binaları, mərtəbələri müəyyənləşdirir”. Hazırda orada komissiyanın işlədiyini deyən Elçin Qədimov bildirib ki, onlara edilən müraciətlər yerindəcə araşdırılır: “Kiminsə nədənsə narazılığı varsa, komissiyaya yerində müraciət edir, baxılır və qanunvericilik çərçivəsində tədbir görülür”.









 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info