Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir
Tarix: 11.08.2019 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Ölkəmiz cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutur

Vətəndaşların və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi hər dövlətin əsas vəzifələrindən biridir. Cəmiyyətin, dövlətin inkişaf perspektivi məhz dövlətin bu istiqamətdə vəzifələrinin uğurlu yerinə yetirməsindən bilavasitə asılıdır. Cəmiyyət, vətəndaşlar və birgəyaşayış üçün təhlükəsiz mühitin yaradılması, vətəndaş və dövlətin mənafelərinin cinayətkar qəsdlərdən qorunması, asayişin, qanunçuluğun təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə hüquq-mühafizə siyasətinin əsasını təşkil etməklə inkişafı, tərəqqini, əmin-amanlığı şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektiv hüquq-mühafizə siyasəti ölkəmizdə qeyd edilən vəzifələri yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradıb. Hazırda Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alıb. Paytaxt Bakı beynəlxalq təşkilatlar tərəfindən dünyanın ən təhlükəsiz şəhərləri arasında ön sıralarda qeyd olunur. Bu nailiyyətlərin əldə olunmasında daxili işlər orqanları, Azərbaycan polisinin səmərəli fəaliyyəti, öz fəaliyyətinin müasir tələblər səviyyəsində qurması və yeni çağırışlara adekvat reaksiya verməsi, daim öz fəaliyyətini təkmilləşdirməsi mühüm rol oynayır. Azərbaycan polisinin effektiv işi nəticəsində ölkəmiz əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutur. Statistik göstəricilər bu məsələlərlə bağlı daha aydın təsəvvür əldə etməyə imkan verir. 2019-cu ilin ilk altı ayında ölkədə daxili işlər və prokurorluq orqanları üzrə 12411 cinayət qeydə alınıb, bu cinayətlərin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Qəsdən adam öldürməyə cəhd cinayətləri 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 8,1 faiz, xuliqanlıqlar 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 35 faiz azalıb. Cinayətlərin açılması yüksək olmaqla 83,1 faiz təşkil edib. Ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib. Qeyd edilən dövr ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfər cinayət məsuliyyətinə cəlb edilib, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitə çıxarılıb və 74 tona yaxın narkotik xassəli bitki aşkarlanaraq məhv edilib. Statistik rəqəmlər Azərbaycan polisinin öz vəzifələrinin öhdəsindən əzmkarlıqla gəldiyini aydın şəkildə nümayiş etdirir. Zamanla polisin fəaliyyəti də təkmilləşdirilir və yeni çağırışlara uyğun olaraq qurulur. Polis hazırda daha çox profilaktik fəaliyyətə üstünlük verir, mütəmadi və ardıcıl olaraq təhsil müəssisələrində maarifləndirmə xarakterli tədbirlər həyata keçirilir. İctimai asayişin qorunması tədbirlərinin gücləndirilməsi məqsədilə vətəndaşlarla effektiv əks-əlaqə qurulması, polisə ictimai etimadın daha da artması üçün fəal iş aparılır. Xüsusən vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş müraciətlərinə baxılması işinin keyfiyyətinin daha yüksəldilməsi ilə vağlı əlaqədar tədbirlər həyata keçirilir. 2019-cu ilin ilk 6 ayının yekunları ilə bağlı Daxili İşlər Nazirliyinin kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu istiqamətdə vəzifələrin yerinə yetirilməsinin vacibliyini xüsusilə vurğulayıb. Nazir qeyd edib ki, hər bir struktur qurumda vətəndaş məmnunluğuna, insanlarla münasibətdə etik davranış qaydalarına ciddi əməl olunması, şəxsi heyətin peşəkarlığının artırılması, yüksək mənəvi keyfiyyətlərə malik olması, bu istiqamətlərdə fəaliyyətin məqsədyönlü surətdə davam etdirilməsi günün əsas tələbidir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info