Çindən 11 min müsəlman Həcc ziyarətindədir
Tarix: 12.08.2019 | Saat: 00:16:00 | E-mail | Çapa göndər



Bu il Çindən təxminən 11 min müsəlman Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Çin müsəlmanları dünyadakı bütün müsəlmanlar üçün vacib dini ibadətlərdən olan Həcc ziyarətini yerinə yetirmək üçün Sincan Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçi şəhərindən çarter reysləri ilə Səudiyyə Ərəbistanına gediblər.
Çin müsəlmanları 1995-ci ilədək pərakəndə halda həcc ziyarətinə gedirdilər. Amma o zamankı baş nazir Cou Enlayın Səudiyyə Ərəbistanı rəsmiləri ilə danışıqlarından sonra Çin müsəlmanlarının Həcc ziyarətini Çin İslam Assosiasiyası təşkil edir. Bura ziyarətə gedənlərin bələdçi ilə təmin olunması, tibb xidmətləri, təhlükəsizlik məsələləri, qonaqlama və nəqliyyat xidmətləri də daxildir.
Qeyd edək ki, rəsmi statistikaya əsasən müsəlmanlar Çin əhalisinin 0,45 faizini təşkil edir. Müxtəlif etnik qruplardan olan 30 milyondan çox müsəlman əsasən Sincan Uyğur və Ninsia Huy muxtar rayonlarında, Çinxay və Qansu vilayətlərində yaşayırlar. Hazırda Çində 23 mindən çox məscid və 40 min imam fəaliyyət göstərir. Bu məscidlər içərisində İslam tarixində və memarlığında xüsusi yeri olan Guancou şəhərindəki Xuayşen və Çuancoudakı Çincin məscidləri, habelə Siandakı Böyük məscid, Pekindəki Niucie və Kaşğardakı İdkah məscidi də var.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər
22.08.2019
Nəhəng texnologiya şirkətləri qatil robotlar üzərində işləyir
22.08.2019
Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı
22.08.2019
Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb
21.08.2019
Adıyamanda yüz milyon illik qalıqlar aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info