Astronomlar dörd yeni isti Yupiter aşkar ediblər
Tarix: 12.08.2019 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Keele Universitetinin (İngiltərə) professoru Coel Hellierin başçılıq etdiyi bir qrup astronom WASP-South yerüstü robot teleskopundan istifadə edərək dörd yeni isti Yupiter tipli ekzoplanet aşkar ediblər.
Trend-in məlumatına görə, bunlardan biri ən yüksək temperatura, digəri isə qəribə bir orbitə malik olan ekzoplanetlərdir.
İlk ekzoplanet WASP-178b, Günəşdən təqribən 1360 işıq ili məsafədə yerləşir və ultra-isti Yupitirlərə aiddir. Planetin xarici təbəqələrinin gündüz vaxtı temperaturu 2470 Kelvin təşkil edir ki, bu da onun bu günə qədər tanınan ən isti ekzoplanetlərdən biri olduğunu sübut edir. Ekzoplanet öz ulduzu ətrafında 3.3 günə tam dövr edir, radiusu Yupiterin radiusunun 1.84, kütləsi isə təxminən 1.66 hissəsini təşkil edir.
İkinci kəşf edilmiş WASP-184b ekzoplanetinin kütləsi Yupiterin kütləsinin təxminən 0,57, radiusu isə 1.33 hissəsinə bərabərdir. Planet Günəşdən təqribən 2100 işıq ili məsafədə yerləşir və effektiv istiliyi 1480 Kelvindir.
Yeni kəşf edilmiş WASP-192b adlı üçüncü ekzoplanet olduqca ağırdır. Kütləsi Yupiterin kütləsindən 2.3 dəfə böyük, radiusu isə təqribən 1.23 hissəsinə bərabərdir. Günəşdən təqribən 1600 işıq ili məsafədə yerləşir. Planetin temperaturu təxminən 1620 Kelvindir.
Günəşdən 900 işıq ili məsafədə yerləşən dördüncü WASP-185b ekzoplanetin radiusu Yupiterin radiusunun 1,25 hissəsini təşkil edir, kütləsi isə təqribən Yupiterin kütləsinə bərabərdir. Onun orbitinin ekssentristeti təxminən 0.24 və periodunun təqribən 9.4 Yer sutkası qədər olması planetin qeyri-adi xüsusiyyətlərindəndir. Adətən belə isti Yupiterlər öz ulduzlarına daha yaxındırlar.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər
22.08.2019
Nəhəng texnologiya şirkətləri qatil robotlar üzərində işləyir
22.08.2019
Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı
22.08.2019
Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb
21.08.2019
Adıyamanda yüz milyon illik qalıqlar aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info