Bölgələrdə şəhid ailələrinə veteranlara və imkansız şəxslərə qurbanlıq yardımları edilib
Tarix: 12.08.2019 | Saat: 18:25:00 | E-mail | Çapa göndər



Müqəddəs Qurban bayramı respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da kütləvi qeyd edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı şəhərindəki “Yaşıl market”də kəsilən qurbanlar rayon icra hakimiyyətində yaradılan komissiya tərəfindən tərtib olunmuş siyahıya əsasən bir şəhər, 36 kənd və qəsəbə inzibati ərazi dairəsində şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, imkansız ailələrə paylanıb. Ümumilikdə 3 mindən çox ailəyə qurban payı verilib.
Qurbanlıq heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən məntəqədə kəsilib.

x x x

Kürdəmirdə müqəddəs Qurban bayramı ilə əlaqədar 1500-dən çox ailəyə qurban əti paylanıb. Qurban əti şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinə, tənha və yataq xəstələrinə, habelə yardıma ehtiyacı olan digər ailələrə verilib.
Qurban payı rayon icra hakimiyyəti tərəfindən yaradılan komissiyanın siyahısına əsasən bir şəhər, 2 qəsəb və 59 kənd ərazi icra dairəsi üzrə ayrılan xüsusi avtomaşınlarla paylanıb.

x x x

Zərdabda milli birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə qurbanlar kəsilib, bütün kateqoruyadan olan imkansız ailələrə paylanıb.
Bayram münasibətilə təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev zərdablıları müqəddəs gün münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından danışıb.
Rayon icra hakimiyyəti tərəfindən yaradılan xüsusi komissiya tərəfindən hazırlanan siyahıya əsasən bir şəhər, bir qəsəbə və 26 kənd ərazi dairəsində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, valideyn himayəsindən məhrum olan uşaqlara, yataq xəstələrinə və imkansızlara qurban əti paylanıb. Ümumilikdə 450-dən çox ailəyə bayram payı verilib.

x x x

Müqəddəs Qurban bayramı Ağdaş rayonunda insanların xeyirxah əməlləri ilə yaddaqalan olub.
Avqustun 12-də səhər tezdən rayon icra hakimiyyəti, ayrı-ayrı təşkilatlar, imkanlı adamlar tərəfindən qurbanlar kəsilib, əlillərə, ehtiyacı olanlara qurban əti göndərilib. Ümumilikdə bir şəhər, iki qəsəbə 42 kənd ərazi dairəsi üzrə bütün kateqoriyadan olan 2000-dək imkansız ailəyə qurban payı verilib.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info