Xəzər dənizi böyük turizm potensialına malikdir
Tarix: 12.08.2019 | Saat: 20:02:00 | E-mail | Çapa göndər



Rusiyanın Baş Naziri Dmitri Medvedyev Xəzər dənizinin böyük turizm potensialına malik olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Dmitri Medvedyev Türkmənbaşı şəhərində keçirilən Xəzər İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb ki, Xəzər dənizi hövzəsində turizmi inkişaf etdirmək üçün yeni infrastruktur yaradılmalıdır.
Baş Nazir qeyd edib ki, Xəzər regionunun gözəl təbiəti, zəngin tarixi və mədəniyyəti buranın populyar turizm istiqamətlərindən birinə çevrilməsinə imkan yaradır. Ekspertlərin hesablamalarına görə, Xəzər sahillərində hər il bir milyona yaxın turist istirahət edə bilər. D.Medvedyevin fikrincə, bunun üçün əlavə infrastruktur tikilməli, rəqabətqabiliyyətli turizm məhsulları, o cümlədən liman şəhərlərinə həsr olunmuş səyahət marşrutları tərtib edilməlidir.
Rusiya hökumətinin başçısı Həştərxan gəmiçilərinin “Pyotr Veliki” gəmisini artıq suya buraxdıqlarını və gəmidə tamamlama işlərinin getdiyini deyib. Onun sözlərinə görə, gəmi ilk səyahətə gələn il çıxacaq, Xəzəryanı dövlətlərin limanları, yaxud Xəzər dənizi, Qara dəniz və Azov dənizi boyu marşrutu üzrə hərəkət edəcək.
Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsinin bir neçə dəfə artırılacağını vurğulayan D.Medvedyevin sözlərinə görə, Rusiya ilə Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsi son illər 3,5 faiz artıb.




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü
27.01.2020
“Könüllülərimiz müxtəlif dövlət orqanlarında işlə təmin olunublar”
26.01.2020
“Avropa ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmir“
25.01.2020
“Avropa Şurasının parlament seçkiləri keçirilməmiş rəylər paylaşması qəbuledilməzdir”
25.01.2020
Dünya İqtisadi Forumunun Bakıda regional mərkəzinin yaradılması Azərbaycanın böyük uğurudur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
3 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
4 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
5 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info