Baş Dövlət Yol Polisi Idarəsi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib
Tarix: 12.08.2019 | Saat: 22:39:00 | E-mail | Çapa göndər



Baş Dövlət Yol Polisi Idarəsi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə səfərə çıxan sürücülərə yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə olunur.
Müraciətdə deyilir: "Yuxusuz, yorğun halda sükan arxasında əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da, istirahət edin. Bunun üçün DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir.
Magistral yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.
Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin. Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu zaman qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün qiymətləndirin, yanlış qərar verməyin”.
Son günlər bir sıra ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini diqqətə çatdıran Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə sürücülər həm özlərinin, həm də yaxınlarının bayram günlərinin xoş keçməsinə şərait yaratmış olarlar.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Səhiyyə Nazirliyi: Azərbaycanda yeni 2019-nCoV koronavirus şübhəsi olan xəstə aşkarlanmayıb
28.01.2020
Bu il 6 “ASAN Xidmət“ və 1 “ASAN Kommunal“ mərkəzi açılacaq
28.01.2020
Bu il bir neçə ölkədə “ASAN xidmət“ mərkəzləri açılacaq
28.01.2020
12 dərəcə isti olacaq
28.01.2020
“ASAN Viza“ vasitəsilə 1 milyon 877 min 835 viza verilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info