Honkonqda qanunsuz etiraz aksiyalarında 149 nəfər saxlanılıb
Tarix: 13.08.2019 | Saat: 08:16:00 | E-mail | Çapa göndər



Avqustun 9-dan 12-dək Çinin Honkonq xüsusi inzibati bölgəsində keçirilmiş qanunsuz etiraz aksiyaları zamanı polis 149 nəfəri saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Honkonq polisinin şəhərdə son aksiyalar və təhlükəsizlik məsələləri ilə əlaqədar keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, saxlanılanlar qanunsuz toplaşmaqda, polisə hücum etməkdə və asayiş keşikçilərinin xidməti vəzifələrini yerinə yetirməsinə mane olmaqda ittihamı olunurlar. Həbs edilənlərin 15 nəfəri xüsusi zorakılıq törədənlərdir ki, onların üzərindən qanunsuz silahlar, o cümlədən lazer tüfəngləri, sapand tapılıb.
Mətbuat konfransında aksiya iştirakçılarının zorakı hərəkətlərini, o cümlədən polis əməkdaşının üzərinə yanacaq bombası atılmasını əks etdirən fotolar nümayiş olunub.
Honkonq polis komissarının müavini Kris Tan Pin-kunq deyib ki, asayış keşikçiləri zorakılığa qarşı dözümsüzlük nümayiş etdircəklər. O, aksiya iştirakçılarının polis idarəsinə neft bombası atması nəticəsində bir polis əməkdaşının ciddi yanıq xəsarətləri aldığını, bunun cinayət məcəlləsində dövlət və şəxsi əmlaka od vurmağa bərabər olduğunu, cəzasının isə ömürlük azadlıqdan məhrumetmə ola biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, son aylar Honkonqda ekstradiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Aksiya iştirakçıları Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tutan qanun layihəsinin ləğvini, habelə aksiyaların zorla dağıdılmasında iştirak edən hüquq mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edirlər. Aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis qanunsuz aksiyları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Səhiyyə Nazirliyi: Azərbaycanda yeni 2019-nCoV koronavirus şübhəsi olan xəstə aşkarlanmayıb
28.01.2020
Bu il 6 “ASAN Xidmət“ və 1 “ASAN Kommunal“ mərkəzi açılacaq
28.01.2020
Bu il bir neçə ölkədə “ASAN xidmət“ mərkəzləri açılacaq
28.01.2020
12 dərəcə isti olacaq
28.01.2020
“ASAN Viza“ vasitəsilə 1 milyon 877 min 835 viza verilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info