Nəsimiyə həsr olunan “Son gecə” adlı filmin çəkilişi yekunlaşıb
Tarix: 13.08.2019 | Saat: 14:35:00 | E-mail | Çapa göndər



“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa vuraraq təhvil verib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Son gecə” adlı film Azərbaycanın dahi şairi Nəsimiyə həsr olunub. “Nəsimi ili” çərçivəsində ərsəyə gələn film Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edir. Film Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilib. Filmdə maraqlı faktlardan biri üç fərqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır.
Filmin quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov, quruluşçu operator Əməkdar mədəniyyət işçisi Eldar Məmmədovdur. Quruluşçu rəssam Rəfael Əlizadə, qrim rəssamı isə Elbrus Vahidovdur. Nəsimi roluna Əməkdar artist Elşən Rüstəmov çəkilib. Filmdə Əməkdar artist Vidadi Əliyev, aktyor Vüsal Murtuzəliyev və başqaları da çəkiliblər. Ssenari müəllifləri isə Afaq Vasifqızı və Pərvindir. Film sentyabr ayından ekrana çıxacaq.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Nəsiminin 650 illik yubileyi Türkiyənin Kocaeli şəhərində qeyd olunub
17.10.2019
Musiqili Teatr beynəlxalq festivalda uğurla iştirak edib
17.10.2019
Bakıda ilk dəfə “Puşkin + “Yevgeni Onegin” tamaşası nümayiş olunacaq
17.10.2019
5-ci beynəlxalq rəsm müsabiqəsində həmyerlilərimiz qalib olub
17.10.2019
Məşhur “Zoopark əhvalatı” əsəri səhnələşdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info