Cavanlığı və gözəlliyi qoruyan təbii vasitə
Tarix: 13.08.2019 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Üzüm çəyirdəkləri unikal kimyəvi tərkibə malikdir.
Onların tərkibində protein, A, B, C, E, PP vitaminləri, müxtəlif minerallar, faydalı yağlı turşular (olein, stearin, linol, palmintin və s.), xlorofill və s. faydalı maddələr var.
Üzüm çəyirdəyi E vitamini ilə xüsusilə zəngindir. Bu vitamin orqanizmdə qocalma və dağılma prosesləri ləngidir, ürək-damar və onkoloji xəstəliklərinin inkişafına mane olur, dərinin sağlam və cavan qalmasını təmin edir.
Üzüm çəyirdəkləri güclü antioksidantdır. Antioksidantlar orqanizmdə qocalma proseslərlə mübarizə aparır. Məhz bu səbəbdən üzüm çəyirdəyi və üzüm çəyirdəyi yağı bir çox üz və bədən üçün olan anti-age (qocalma əleyhinə) kremlərə, maskalara və digər kosmetik vasitələrə əlavə olunur. Xüsusi üzüm çəyirdəyi ekstraktı kapsulları var ki, bu kapsulların qəbulu orqanizmə cavanlaşdırıcı təsir edir.
Bütün bunları nəzərə alaraq üzüm yedikdə onun çəyirdəklərini də yemək lazımdır. Lakin onlardan fayda almaq üçün çəyirdəkləri yaxşı çeynəmək və yalnız bundan sonra udmaq lazımdır. Bütöv şəkildə udduqda çəyirdəklər bağırsaqlara "şotka" kimi təsir edir - onları təmizləyir. Lakin bu halda çəyirdəklərin tərkibində olan faydalı maddələr orqanizmə daxil olmur.
Onu da nəzərə almaq lazımdır ki, üzüm çəyirdəkləri mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara ziyan vura bilər. Kiçik yaşlı uşaqlara üzüm verdikdə üzümü çəyirdəklərdən təmizləyin.
Üzüm çəyirdəkləri orqanizmdə müdafiə prosesləri sürətləndirir, orqanizmə xərçəng əleyhinə təsir edir.
Üzüm çəyirdəkləri qəhvəüyüdəndə əzin və bir qədər xama ilə qarışdırıb skrab kimi istifadə edin.
Üzüm çəyirdəyi yağı çox faydalı və qiymətli məhsul sayılır. Bu məhsulu ev şəraitində də hazırlamaq olar. Bunun üçün qırmızı üzüm çəyirdəkləri yuyulur, qurudulur, həvəngdəstədə yaxşı əzilir və bankaya tökülür, üzərinə çıxana kimi zeytun yağı tökülür. Yağı 10 gün ərzində sərin qaranlıq yerdə saxlayın (vaxtaşırı olaraq yağı qarışdırmaq lazımdır). 10 gündən sonra yağı yaxşı süzün və istifadə edin. Bu yağı dəriyə maska kimi çəkmək və 20 dəqiqədən sonra ilıq suda isladılmış pambıq disklə təmizləmək lazımdır. Belə maska dərini daha sağlam, elastik edir, cavanlaşdırır, kiçik qırışları yox edir, dərinin rəngini yaxşılaşdırır.
Üzüm çəyirdəyi yağı saçlar üçün də çox xeyirlidir - onların vəziyyətini yaxşılaşdırır, daha sağlam və canlı edir. Yağı saçların köklərinə sürtün, üzərinə plyonka, sonra dəsmalla örtün və 1 saat saxlayın. Daha sonra saçlarınızı yaxşı yuyun. Bu proseduru həftədə 1 dəfə etmək olar.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Xərçəngin düşməni - Qocalmağı gecikdirən meyvə - VİDEO
06.07.2020
Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı?
03.07.2020
Soğan qabıqları ilə unikal müalicə -VİDEO
03.07.2020
Mütəxəssisdən xəbərdarlıq: Antibiotiklərdən yanlış istifadə xərçəng yarada bilir
30.06.2020
Evdə müalicə olunan COVİD-19 xəstələri dərmanlarla təmin olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
3 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
4 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
5 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info