IIF: Azərbaycan iqtisadiyyatı artımını davam etdirəcək
Tarix: 13.08.2019 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Ucuz xammal qiymətlərinə və regional iqtisadiyyata təsir göstərən Rusiya ilə Çində artımın aşağı templərinə baxmayaraq Azərbaycan iqtisadi artımını davam etdirəcək.
Bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) Qafqaz və Mərkəzi Asiya üzrə hesabatında deyilir.
Hesabata əsasən, Azərbaycan öz iqtisadiyyatının genişləndirilməsi prosesindədir, bu il ümumi daxili məhsulun 2,8 faiz artacağı proqnozlaşdırılır. Analitiklər gələn il üçün də, 2,9 faiz həcmində artım proqnozlaşdırır.
Hesabatda o da qeyd olunur ki, ölkədə struktur iqtisadi islahatlar davam edir və qeyri-neft sektoru getdikcə daha böyük rol oynayır:
“Milli valyutanın denominasiyası və xüsusilə də Azərbaycanda və Qazaxıstanda daha çevik məzənnəyə keçilməsi hökumətlərə ilk növbədə neft bazarlarındakı vəziyyətlə bağlı yaranan xarici təzyiqin öhdəsindən gəlməyə imkan verdi. Bu, rəqabətqabiliyyətliliyi artırdı və xarici şokların təsirini azaltmağa imkan verdi. 2018-ci ildə və 2019-cu ilin ilk yeddi ayı ərzində dollara nisbətdə məzənnə kursu ümumilikdə sabit qalıb ki, bu inflyasiya təzyiqinin qarşısını almağa kömək edib”.
IIF analitiklərinin fikrincə, Azərbaycanda artım "Cənub Qaz Dəhlizi"nin açılması və xidmət sahəsinin daha da təkmilləşməsi ilə əlaqədardır. Cənub Qaz Dəhlizi karbohidrogenlərin, xüsusilə də təbii qazın hasilatını artırmağa imkan verməlidir. Onun aparıcı elementi olan Trans-Adriatik boru kəməri 2020-ci ildə “Şahdəniz” yatağından Avropaya ildə 10 milyard kubmetr təbii qazın tədarükünə başlamağa imkan verəcək.
Ölkənin həm büdcə, həm də cari hesabları profisitdədir və neft qiymətlərindəki müsbət dəyişikliklər qızıl-valyuta ehtiyatlarının artmasına kömək edib. 2019-cu ilin birinci yarısında yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artıb.
SOCAR tərəfindən neft və qaz hasilatı 2018-ci il səviyyəsindədir, xam neft ixracı cüzi artıb, təbii qaz, emal olunmuş neft və neft məhsullarının ixracı isə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda ölkə Şərqi Avropaya xalis elektrik enerjisi ixracatçısına çevrilib.
Ölkədə struktur islahatlar davam edir. Azərbaycan “Doing Business” reytinqində 25-ci yerədək yüksəlib və göstəricilərin əksəriyyətinə görə ilk əlliliyə daxildir.
Bundan sonrakı dövr üçün qarşıda duran tapşırıq şaxələndirməyə, inteqrasiyaya və özəl sektorun imkanlarının genişləndirilməsinə xidmət etməkdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
Prezident İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı
03.07.2020
Özünüzü düşünün – ən vacibi sağlamlıqdır: Psixiatr öz məsləhətləri ilə bölüşür-VİDEO
03.07.2020
“Siz hər zaman çətin anlarda vətəndaşların yanında olmusunuz“
03.07.2020
Gülnarə Məmmədzadə: Azərbaycan özünü böyüməkdə olan regional texnologiya qovşağı kimi təqdim edir
03.07.2020
Türk Hava Yolları: İstanbul-Bakı-İstanbul uçuşları bərpa olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 Ev şəraitində Xan kababı-VIDEO
5 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info