Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
Tarix: 14.08.2019 | Saat: 14:18:00 | E-mail | Çapa göndər


Sabahdan Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır. Bu barədə Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin məlumat verib. O bildirib ki, bu istiqamətdə davam edən danışıqlar artıq yekunlaşıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əldə olunan yeni razılığa əsasən açılacaq bu hava dəhlizi vasitəsilə Türkiyədə yerləşən hava limanları ilə Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanı arasında birbaşa uçuşlar həyata keçiriləcək. Uçuşların avqustun 15-dən etibarən başlaması planlaşdırılır. Hüseyin Keskin hazırda bu reyslərin həyata keçirilməsi üçün İran və Ermənistanın hava sahələrindən istifadə olunduğunu qeyd edib. Bildirilib ki, yeni dəhlizin istifadəsi həm vaxtı qısaldacaq, həm də yanacağa qənaət baxımından daha əlverişlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info