Ermənilərə Rusiyada sürücü işləmək qadağan edilir
Tarix: 14.08.2019 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Artıq “Yandex“ taksi xidməti erməni sürücüləri sistemdən ayırır

Ermənistan KİV-ləri bir neçə gündür ki, Rusiya ərazisində çalışan erməni sürücülərin “problemlə“ üzləşdiyi barədə xəbərlər tirajlamaqdadır. Onların iddialarına görə, artıq Moskva başda olmaqla, Rusiyanın bir çox əyalət şəhərlərində fəaliyyət göstərən “Yandex“ taksi xidməti erməni sürücülərini sistemlərindən ayırmaqla məşğuldur.
Beləliklə, bu xidmət adı altında fəaliyyət göstərən erməni sürücülər həm sifariş qəbulundan, həm də xidmətdən məhrum ediliblər. Erməni mənbələri, hələlik sistemdən ayrılmayan erməni sürücülərin də artıq tədricən də olsa bu istiqamətə yönəldiklərin bildirirlər. Maraqlıdır ki, Ermənistan mətbuatına danışan erməni sürücüləri əksəriyyəti artıq bu ilin fevral-mart aylarından başlayaraq, rusiyalı yol polisləri tərəfindən müntəzəm olaraq cərimə ilə və maşınlarının cərimə meydançalarında saxlanmaları ilə üzləşdiklərini bildirirlər. Erməni sürücülərin dediklərinə görə, onlara yönəldilən cərimələr də çox yüksəkdir: 15000 rubl, bundan əlavə, avtomobil sahibi – 3000, təşkilat - 50.000-60000 rubl ödəməlidir.
Ermənistanın “1in.am“ saytının məlumatına görə, hazırda təkcə Moskvada 4-5 min nəfər arasında fəaliyyət göstərən erməni sürücülərin təqribən 300-500 nəfəri işsiz qalma problemi ilə üz-üzədir: “Bu gün Rusiyada artıq Qırğızıstan, Qazaxıstan, Belarusiya və ya elə Rusiyanın özündən olan sürücüləri işə götürməyə məcbur olan daha böyük təşkilatlar var. Çünki Rusiya qanunlarına görə, yalnız Rusiya sürücülük vəsiqələrinə sahib olanlar və ya rus dilinin ikinci dövlət dili olan ölkələrin vətəndaşları ticari və ictimai nəqliyyatda işləyə bilərlər”.
Qeyd etmək lazımdır ki, Ermənistan vətəndaşlarının əksəriyyəti işləmək üçün daha çox Rusiyaya gedirlər. Onlar burada tikinti ilə yanaşı, əsasən taksi və ya ictimai nəqliyyatda sürücülüklə də məşğul olurlar.
Xatırladaq ki, 2017-ci ilin 1 iyulunda "Yol Hərəkəti Təhlükəsizliyi haqqında" federal qanununda edilən dəyişikliklərə görə, artıq bu ölkədə xarici sürücü lisenziyası olan vətəndaşların işə götürülməsi qadağandır. Yəni Rusiyada sürücü işləmək işləyən hər bir kəs əvvəlcə Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi ilə əlaqə saxlamalıdır. Onu da qeyd edək ki, bu cür sərt qaydaların yaranmasının da əsas günahkarı məhz ermənilərdir. Bir daha xatırladaq ki, bu məsələ 2013-cü ildə yük maşını ilə dəhşətli qəza törədən Qraç Arutyunyanla başladı. Həmin vaxt 18 nəfərin ölümünə və daha 60 nəfərin yaralanmasının əsas günahkarı olan Arutyunyanı yaxınlarını itirmiş yerli rusların təhriki ilə məhkəmə zalına da qadın paltarı geyindirib gətirmişdilər. Məhz Arutyunyanın törətdiyi bu qəzadan sonra Rusiya rəhbərliyi "Yol Hərəkəti Təhlükəsizliyi haqqında" qanun qəbul etmək məcburiyyətində qalmışdı.
Yeri gəlmişkən, onu da xatırladaq ki, bir müddət bundan əvvəl Soçi aeroportunda işləyən ermənilərin kütləvi şəkildə işdən kənarlaşdırılması barədə də xəbərlər yayılmışdı. Əslində, bu cür neqativ hallarla rastlaşan ermənilərin əksəriyyəti belə xoşagəlməz situasiyaların yaranmasında birbaşa günahkar sayılmalıdırlar. Çünki Ermənistanın dövlət olaraq daim qonşu ölkələrə problem yaratması, onların torpaqlarında gözü olması gizlədilməyib. Əksər vətəndaşları isə getdiyi ölkələrdə anormal proseslər və hadisələrin yaradılmasında birbaşa iştirakmı olurlar. Yəni görünür artıq bu gün bir millət olaraq Ermənistan vətəndaşlarının təhlükə mənbəyi olması təkcə biz azərbaycanlılara deyil, artıq digər xalqlar kimi, ruslara da aydın olmaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Zaxarova: “Dağlıq Qarabağa səfər edən rusiyalı siyasətçilərin çıxışları şəxsi xarakter daşıyır”
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info