‘‘Sәrhәdsiz hәkimlәr’’ Yәmәndәki hücumlarla bağlı çağırış edib
Tarix: 14.08.2019 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


‘‘Sәrhәdsiz hәkimlәr’’ beynәlxalq tәşkilatı Yәmәndә mülki vәtәndaşların hücumlara mәruz qaldığını açıqlayaraq bununla bağlı tәcili tәdbirlәrin görülmәsinin vacibliyini vurğulayıb.

‘‘Sәrhәdsiz hәkimlәr’’ beynәlxalq tәşkilatının Yәmәndәki qәrargahının rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn açıqlamada Yәmәnin şimalındakı Hacce şәhәrinin Abs qәsәbәsinә bazar günü tәşkil edilәn hava hücumu nәticәsindә 10-dan çox dinc sakinin hәlak olduğu, 5-i uşaq olmaqla 17 nәfәrin dә xәsarәt aldığı bildirilib.
Mülki vәtәndaşlara edilәn hücumlara görә narahat olduğunu bildirәn tәşkilat qarşıdurmaların davam etdiyi bölgәlәrdә mülki vәtәndaşların vә xәstәxanaların qorunması ilә әlaqәdar çağırış edib.

Yәmәndәki Husilәr Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinin bazar günü Hacce şәhәrinә endirdiyi zәrbәlәr nәticәsindә 8 dinc sakinin hәlak olduğunu, 11-nin dә yaralandığını açıqlamışdı.
Koalisiya qüvvәlәri isә hücumla bağlı bildirmişdi ki, Hacce bölgәsindә bәzi hәdәflәr vuruldu. Әmәliyyatın nәticәlәri müәyyәnlәşdirilir.
Qeyd edәk ki, Hacce şәhәrinin böyük hissәsi 2014-cü ildәn etibarәn Husilәrin nәzarәtindәdir.
Şәhәrin kiçik hissәsi isә Yәmәn hökumәtinә sadiq olan qüvvәlәrin nәzarәtindәdir.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Fransa ilə Yaponiya İrana kredit ayırmağı təklif edib
21.10.2019
ABŞ əsgərləri Suriyanın şimalından İraqın qərbinə yol alır
21.10.2019
“Biz neftin təhlükəsizliyini təmin etdik“
20.10.2019
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
20.10.2019
Pentaqon rəhbəri “Taliban“ ilə görüşmək üçün Əfqanıstana gəlir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info