Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
Tarix: 16.08.2019 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


İntiharlarla bağlı xəbərlərin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümidsizliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və kütləvi informasiya vasitələrində yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AZƏRTAC-a açıqlamasında deyib. Baş Prokurorluğun intihar hadisələrinin ictimailəşdirilməsinin qəti əleyhinə olduğunu vurğulayan E.Sultanov bildirib: “Xüsusi qeyd etməliyəm ki, intihar hallarını araşdıran nüfuzlu beynəlxalq təşkilatların qənaətinə görə, bir sıra hallarda kütləvi informasiya vasitələrində intihar faktlarının sensasiya kimi təqdim edilərək qabarıq şəkildə işıqlandırılması, bu hadisələrin törədilmə üsullarının detallarının ətraflı təsvir olunması, habelə özünə qəsd etmənin insanların düşdükləri çətin vəziyyətdən yeganə çıxış yolu kimi təqdim edilməsi müəyyən səbəblərə görə özünü öldürməyə meyilli olan şəxslərdə bununla bağlı qətiyyətin formalaşmasına gətirib çıxarır və onların belə əməllər törətmələrinə təkan verir”.
İntihar hadisələrinin səbəblərinə toxunan Baş Prokurorluğun rəsmisi bildirib ki, onlar müxtəlifdir. Hadisələrin baş vermə səbəbləri təhlil edilərkən, onların əsasən ailə münaqişələri zəmnində, psixi və sair xəstəliklərlə əlaqədar, ailə üzvlərinin və yaxın qohumlarının ölümündən sonra insanların tənha yaşamaları və bu hadisələrin təsirindən yaranmış kədər hissləri, uğursuz sevgi münasibətləri, narkotik vasitələrdən və spirtli içkilərdən sui-istifadə halları ilə bağlı törədilməsi müəyyən edilib. “İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək də qətiyyən düzgün deyil. Belə ki, Norveçin adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, bu ölkədə əhalinin hər 100 min nəfərinə düşən intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmır”, - deyə E.Sultanov qeyd edib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, həmçinin bildirib ki, Azərbaycanda hər 100 min nəfərə düşən intihar hadisələrinin sayı Avropa və MDB ölkələri ilə müqayisədə azlıq təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə dərc etdiyi (2000-2016-cı illər üzrə) məlumatlara əsasən Avropa dövlətlərində əhalinin hər 100 min nəfərinə düşən intihar hadisələrinin sayı Litvada 31,9, Rusiyada 31, Belarusda 26,2, Norveçdə 12,2 və sair olduğu halda Azərbaycanda 2,6 nəfər təşkil edib.
Azərbaycanda intihar hadisələrinin artım tempinə gəldikdə, E.Sultanov qeyd edib ki, bu artım cüzidir.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17.09.2019
Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info